Pana Film — Raci Şaşmaz tərəfindən qurulmuş və hal-hazırda Necati Şaşmazın rəhbərlik etdiyi serial və film istehsalı şirkətidir.
Pana Film | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Anonim şirkət |
Sənaye | |
Təsis tarixi | 2004 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçi | Raci Şaşmaz |
Rəhbərlik |
Raci Şaşmaz (2004–2014) Necati Şaşmaz (2014–h.h.) |
panafilm.com |
Pana Film Qurdlar Vadisi teleserialı da daxil olmaqla "Ekmek Teknesi" və "Halil İbrahim Sofrası" kimi serialların da istehsalçısıdır.
Qurtlar Vadisi və Ekmek Teknesi layihələrində Osman Sınav ilə birlikdə işləyən Raci Şaşmaz, Osman Sınavın bu layihələri təhvil verib bir müddətlik sektordan uzaqlaşmaq istəyinə yönəlik Pana Filmin əsasın qoydu və bu layihələri Osman Sınavın istehsal şirkəti Sinegrafdan təhvil aldı. Beləliklə Pana Film qurulmuş oldu.
Pana Film Qurtlar Vadisi qədər qısa müddətdə sürətlə tanındı. Beləliklə Pana Film də Qurtlar Vadisi serialından əlavə başqa serialların da hazırlanmasına nail olur. Ancaq bu serialların çoxu uzun ömürlü olmadı. Böyük bir qismi 10-cu bölümə belə çatmadan final qərarı aldı.[1]
2014-cü ildə şirkətin sahibləri Şaşmaz qardaşları arasında baş verən davadan sonra serialın prodüser və ssenaristi Raci Şaşmaz, ssenaristlər Bahadır Özdener və Cüneyt Aysan şirkətdən ayrıldı. Raci Şaşmaz şirkətdəki bütün haqlarını böyük qardaşı Nəcatiyə ötürdü.
Prodüser və ssenaristlərin ayrılmasından sonra sürətlə geri düşən Qurtlar Vadisi Pusu iki sezondan sonra yayımdan qaldırıldı. Qardaşı ilə yollarını ayırdıqlarını açıqlamasına baxmayaraq Pana Film, Raci Şaşmazın borclarından dolayı müsadirə edilməli oldu. Daha sonra Raci Şaşmaz 314.500 ₺ ödəniş edərək müsadirə olunan malları geri aldı.[2]
Raci Şaşmaz "Kelebek" qəzetinə verdiyi açıqlamada 7 ildir qardaşını görmədiyini dedi və aldadıldığını iddia etdi. 100 milyon ₺ itirdiyini və 200 milyon ₺ borclandığını açıqladı.[3]
Aktyor yetişdirmək üçün 2011-ci ildə qurulmuşdur.[4] Daha sonra fəaliyyətini dayandırdı.
Qurtlar Vadisi Pusqu seriyasının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdenər və Cüneyt Aysanın serialdan ayrılması nəticəsində ssenarist qrupunda baş verən boşluq Pana Qələm Qrupu ilə dolduruldu.
Beynəlxalq adı ilə "Pana Distribution", Pana Film layihələrinin ölkələrə marketinqi, bir çox ölkədə yayım hüquqlarının satışı və tədbirlərdə təmsil olunması ilə məşğul olan bölmədir.
Pana Film layihələrinin post-istehsalından məsul olan bölmədir.