Qurdlar Vadisi Vətən (türk. Kurtlar Vadisi Vatan[10][11][12]) — Türkiyədə dövlət çevrilişinə cəhdi ələ alan[13][14] 2017 istehsalı film. İstehsal şirkəti Pana Film, rejissoru Serdar Akardır. Filmin ssenarisini Necati Şaşmaz, Murat Koca, Alper Erze və Cahid Qayaoğlu yazmışdır.[15][16] Çəkilişləri 5 həftə çəkən film 28 sentyabrda Avropada, 29 sentyabrda Türkiyədə, 5 oktyabrda Azərbaycanda yayımlandı. Film Qurdlar Vadisi seriasının 4-cü filmidir.[17] Digər 3 film; 2006-cı ildəki Qurdlar Vadisi İraq toplam 4.256.567, 2009-cu ildəki Qurdlar Vadisi Qladio toplam 876.810, 2011-ci ildəki Qurdlar Vadisi Fələstin isə toplam 2.028.057 izləyici tərəfindən izlənmişdi.[18]
Qurdlar Vadisi: Vətən | |
---|---|
türk. Kurtlar Vadisi Vatan | |
Janr |
dram döyüş cinayət |
Rejissor | Serdar Akar |
Prodüser | Necati Şaşmaz |
Əsərin müəllifi | Necati Şaşmaz[1] |
Ssenari müəllifləri |
Alper Erze Necati Şaşmaz Cahid Qayaoğlu Murat Koca |
Baş rollarda |
Necati Şaşmaz Cahid Qayaoğlu Ərhan Ufak Ərtoğrul Şakar Sinem Öztürk Şenol İpek Yücel Erten |
Bəstəkar | Gökhan Kırdar |
İstehsalçı | Pana Film |
İlk baxış tarixi |
28 sentyabr 2017 29 sentyabr 2017[2] 5 oktyabr 2017[3] |
Filmin digər adları |
Kurtlar Vadisi Darbe[4] (azərb. Qurdlar Vadisi Çevriliş) |
Filmin növü | sinema filmi |
Müddət | 105 dəqiqə[5][6] |
Gəlir | |
Ölkə | Türkiyə |
Dil | türkcə |
İl | 2017 |
Əvvəlki film | Qurdlar Vadisi Fələstin |
Rəng | rəngli |
Çəkiliş yeri | Antalya ili, Qorqudəli və ətraf kəndlər[7] |
IMDb | ID6973386 |
İraqdakı bir hərbi əməliyyatda Polad Aləmdar və komandası bir Türkiyə xəritəsini ələ keçirirlər. Türkiyə xəritəsində hərbi bazalar və özəl hərakat mərkəzləri kimi strateji nöqtələrlə birlikdə, Suriya yaxınlarındakı sərhəd qəsəbəsi olan Yalavuz işarələnmişdir. Türkiyə topraqlarını işgal etmək üçün sərhəddə böyük bir ordu ilə uzun zamandır gözləyən düşmənlər, içəridən ediləcək çevrilişin mesajını gözləməkdədir. Polad Aləmdar və komandası, ölkə içindəki və xaricindəki düşmənlərə qarşı Türkiyə milləti ilə bərabər savaşacaqdır.[7][19]
Uzun illər serial olaraq ekranlarda olan və daha əvvəl 4 fərqli filmi çəkilən Qurdlar Vadisinin Necati Şaşmazın baş rolda çəkildiyi yeni filminin treyler qalası Zorlu Centerdə baş tutdu.
Filmin ssenarisinə də imza atan Şaşmaz mətbuata açıqlamasında Türkiyədə ilk dəfə treyler premyerası təşkil etdiklərini qeyd edib.
Filmin çəkilişlərinin 5 həftə çəkdiyini və filmin sentyabrın 29-da ekranlara çıxacağını bildirən Şaşmaz, "Bu filmi çəkməyə qərar verdiyimizdən bəri çox çətin bir prosesdən keçdik. 'Biz 17 ya da 18 iyulda hərbi çevrilişə cəhdiylə əlaqədar Qurdlar Vadisi filmi çəkmək istəyirik' dedik. dedi. Çox böyük bir tələb olduğu üçün belə bir film çəkməyi düşündüyümüzü dedik." deyə bildirib.[20]
28 sentyabr 2017-ci ildə ekranlara çıxan 634.898 tamaşaçı tərəfindən izlənilən və 7.373.649,15 TL gəlir əldə edən "Qurdlar Vadisi Vətən" filmi alınan məlumatlara əsasən, Antalyada ilində, Qorqudəli ilçəsində və ətraf kəndlərdə çəkilib. Baş rolda Necati Şaşmazın canlandırdığı, rejissoru Serdar Akarın olduğu film "Qurdlar Vadisi" seriasının dördüncü filmi olaraq ekranlara çıxdı. 15 iyul çevriliş cəhdi gecəsini Polad Ələmdarın gözü ilə izah edən "Qurdlar Vadisi Vətən" filmi tamaşaçılar tərəfindən bəyənilib.[7]
Niderlandda yayımlanan film Rotterdam bələdiyyə məclisində müzakirələrə səbəb olub. Rotterdam bələdiyə məclis üzvü Sven de Langen, filmdə propaganda edildiyini vurğulayıb.[21]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |