Panama sənədləri

Panama sənədlərində qeyd olunan ölkələr

Panama sənədləri (ing. Panama Papers) — Panamanın Mossack Fonseca hüquq firmasının 214.488 ofşor hesabından sızmış 11.5 milyon gizli sənəd.[1] Sənədlər Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir.[2][3]

Məlumatlar hazırkı və sabiq 12 dövlət və hökumət başçısı ilə əlaqalədir. Bunların arasında öz ölkələrini talan etməkdə ittiham olunan diktatorlar da var. Burada həmçinin dövlət başçılarının və başqa siyasətçilərin 60-dan çox qohumu və yaxın adamının da adları keçir.

Sızmadan aşkara çıxıb ki, 500-dək bank, onların filial və şöbələri təxminən 15 min 600 “balıqqulağı” (shell) tipli şirkəti Mossack Fonseca-da qeydiyyatdan keçirib.

  1. "Panama Sənədləri: Qalmaqal nəyə görədir?". www.bbc.com. www.bbc.com. 2019-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2019.
  2. "Giant leak of offshore financial records exposes global array of crime and corruption". OCCRP. The International Consortium of Investigative Journalists. April 3, 2016. April 4, 2016 tarixində arxivləşdirilib.
  3. Schmidt, Michael S.; Myers, Steven Lee. "Panama Law Firm's Leaked Files Detail Offshore Accounts Tied to World Leaders". The New York Times. April 3, 2016. ISSN 0362-4331. March 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 25, 2017.