Panik atak

Panik atak — əzabverici hisslərlə (məsələn, yüksək ürək döyüntüsü, boğulma hissi, sinə ağrısı, başgicəllənmə, ishal, ürəkbulanma) müşayiət olunan qəfil və şiddətli narahatlıq pristupu.

Panik atak
XBT-10 F41.0
XBT-9 300.01
DiseasesDB 30913

Panik ataklar ölümcül deyil və həyati təhlükəsi olan xəstəliklərə səbəb ola bilməz.Panik atak qorxunun sürətli artması və əksər hallarda qısa müddətli olması ilə xarakterizə olunur. Adətən bu vəziyyət müxtəlif qorxularla müşayiət olunur, məsələn, ölüm qorxusu, dəli olmaq və ya özünə nəzarəti itirmək qorxusu. Həmçinin, panik ataklardan əziyyət çəkən xəstələr tez-tez panik atak əlamətlərini təhlükəli xəstəliklərin təzahürü kimi qəbul edirlər (məsələn, miyokard infarktı və ya insult). Bu narahat düşüncələr panika vəziyyətini artırır .

Panik ataklar yuxu zamanı da baş verə bilər; bu zaman xəstə dözülməz qorxu vəziyyətində oyanır[⇨] .

Panik atak psixoloji səbəblərdən, habelə tibbi problemlər və ya müxtəlif maddələrə məruz qalmadan yarana bilər. Panik ataklara meyl genetik faktorlarla bağlı ola bilər.

Panik atak panik pozuntunun əsas təzahürüdür, lakin panik atakdan əziyyət çəkən bütün xəstələrdə panik pozğunluq baş vermir. Panik pozuntu heç bir xarici səbəblərdən qaynaqlanmayan tez-tez panik ataklarla xarakterizə olunur. Bundan əlavə, panik pozuntu ilə xəstə yalnız hücumlar zamanı deyil, həm də hücumun baş verə biləcəyi düşüncəsi ilə qorxu yaşayır. Bu cür qorxu hər zaman mövcud ola bilər. Nəhayət, panik pozuntulu xəstənin panik ataka səbəb ola biləcək hər şeydən (məsələn, fiziki gərginlik və ya narahatlığa səbəb olan yerlərə getmə) qaçmaq meyli ilə xarakterizə olunur [1] .

Panik atak, panik pozuntudan başqa, travma sonrası stress pozğunluğu, depressiya və ya bipolyar pozğunluq kimi pozğunluqlarda baş verə bilər [2] .

Panik atakları aradan qaldırmaq üçün psixoterapiya və və dərmanlardan (ilk növbədə benzodiazepinlər və selektiv serotoninin geri alınması inhibitorları qrupunun antidepresanları istifadə etmək olar. Ümumi narahatlığı azaltmaq üçün alternativ tibb üsulları da var (qida əlavələri, musiqi terapiyası, aromaterapiya, akupunktur, masaj), lakin hazırda onların effektivliyi sübut olunmayıb. Panik atakların qarşısını almaq üçün sağlam həyat tərzinə, fiziki fəaliyyətə, narahatlığı azaltmağa yönəlmiş üsullara (məsələn, istirahət, meditasiya və s.) və həddindən artıq oyanmaya səbəb ola biləcək amilləri (məsələn, kofein istehlakı) aradan qaldırmaq tövsiyə olunur.

  1. Welsh E., 2020
  2. Клинические рекомендации. Паническое расстройство