Pantürkizm

Türkçülərin amacı olan ölkənin bayrağı

Türkçülük, Türkizm və ya Pantürkizm — bütün türk xalqlarının müstəqil olub birgə dövlət qurmasını məqsəd görən siyasi düşüncədir.

1880-ci illərdə Rusiya imperiyasının türk ziyalıları arasında yaranmış və türk xalqlarının mədəni və siyasi birliyini məqsəd görən ictimai-siyasi hərəkat[1][2][3].

2009. İstanbul. Türkçülərin mərasimi

1804-cü ildə tatar əsilli ilahiyyatçı Kursavi İslam dinində müasirləşmə iddiasını irəli sürən bir traktat yazmışdır. Kursavi eyni zamanda Cədidçilik (ərəb. 'cədid' – 'yeni') dini təfəkkürünün əsasını qoymuşdur ki, bu düşüncə etirassız loyallıq əvəzində tənqidi təfəkkürü təşfiq etmişdir. Cədidçilik müsəlmanlar üçün təhsili, cins bərabərliyini, fərqli dinlərə qarşı tolerantlığı, türk mədəni birliyini və Avropa mədəni dəyərlərinə bağlılığı təbliğ etmişdir[4]. 1843-cü ildə Kazan şəhərində Cədid hərəkatının əsası qoyulmuşdur. Hərəkat, yarı-dünyəvi müasirləşdirməni və təhsildə islahatları özünə məqsəd götürdüyü halda, tarxidə ilk dəfə dindən müstəqil Türk milli kimliyini irəli sürmüşdür[5].

Görkəmli Krım tatar yazıçısı və ictimai xadimi, İsmayıl Qaspiralı, 1883-cü ildən dərc etdiyi "Tərcüman" qəzetində ilk dəfə türk xalqlarının vahid konsolidasiya halında birləşməsini irəli sürüb. Bu fikir digər krım-tatar, volqo-tatar və azərbaycan inteleqensiyasında böyük səda doğurdu. İsmayıl Qaspiralı həmçinin vahid türk dilinin unitifikasiyasında ilk addım atıb. O vahid türk dilini, orada olan fars və ərəb mənşəli sözlərdən təmizləməsi ilə başlayıb. Onun fikrincə bu dil bütün dünyada türk xalqlarının dili olmalı idi. Türk xalqlarının konsolidasiyası yolunda sonrakı addım 1902-ci ildə Qahirədə buraxılan "Türk" jurnalı oldu. Jurnalın səhifələrində Pantürkizm ideologiyasının, digər iki Qərbləşmə və İslamlaşma fikirlərinə alternativ kimi göstərilirdi. Bunun ən mükəmməl seçim olduğu duyulurdu. Pantürkizm haqda ən birinci elmi-teorotik fikir Yusuf Akçurunun 1904-cü ildə işıq üzü görən "Üç Tərzi Siyasət" məqaləsidir. Bu Pantürkizmin ideoloji və elmi cəhətdən mükəmməl olduğu haqdadır. Dörd il sonra 1908-ci ildə azərbaycanlı filosof Əli bəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Zamanlaşmaq" əsərində bu ideologiyanın davamlı təzahüri hiss olunur. Bir İdeologiya kimi Pantürkizm XIX əsrdə Panislamizm və Panqərbləşməyə güclü alternativ olaraq formalaşmışdır. Və məhz Osmanlı İmperiyasının "gənctürk" adlandırılan hökumətinin Pantürkizm siyasəti nəticəsində 1917–20-ci illərdə Azərbaycan türklərinə Türkiyə türkləri böyük yardımlar ediblər.

  1. Fishman, Joshua. Handbook of Language and Ethnic Identity: The Success-Failure Continuum in Language and Ethnic Identity Efforts. 2. Oxford University Press. 2011. səh. 269. ISBN 9780195392456. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02. It is commonly acknowledged that pan-Turkism, the movement aiming at the political and/or cultural unification of all Turkic peoples, emerged among Turkic intellectuals of Russia as a liberal-cultural movement in the 1880s.
  2. Encyclopædia Britannica Online. "Pan-Turkism". 2009. 2015-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Jul. 2009. Political movement of the late 19th and early 20th centuries, which had as its goal the political union of all Turkish-speaking peoples in the Ottoman Empire, Russia, China, Iran, and Afghanistan.
  3. Landau, Jacob. Pan-Turkism: From Irredentism To Cooperation. Indiana University Press. 1995. ISBN 9780253209603. 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
  4. Khakimov, Rafael. "Islam's modernization: How plausible is it?". Russia in Global Affairs. 1 dekabr 2003. 2017-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.
  5. "Полтора Века Пантюрκизма в Турции". "Панорама" jurnalı. iyul 1993. 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-02.