Pantu Nili yabqu

Pantu Nili Yabqu (阿史那般都泥利, əsl adı Aşina Babu 阿史那拔布) — Toxaristanın üçüncü yabqusu.[1]

Pantu Nili yabqu
阿史那般都泥利
Toxaristanın III yabqusu
705 – 719
Əvvəlkiİşbara Yabqu
SonrakıTişe yabqu
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Aşina Mişe
Dini Tenqriçilik

Aşina Mişenin ikinci oğlu idi.[2] 693-700-cü illərdə qardaşı oğlu Tuçi xaqanın tərəfində olmuş, məğlubiyyətdən sonra Tibetə qaçmışdır.[3]

Təbərinin məlumatına görə 705-ci ildə Toxarıstan yabqusu idi.[4] Çox güman Tibet dəstəyi ilə hakimiyyətə gəlmişdi. Qardaşı Aşina Buğra Tigini 705-ci ildə Çinə səfir kimi göndərmiş, ərəblərə qarşı müharibədə kömək istəmişdi.[5] 719-cu ildə həbs olunmuş, Dəməşqə aparılmışdı.

  1. Yeni Tan Tarixi 221b:6252
  2. The Tibetan Empire in Central Asia: A History of the Struggle for Great Power Among Tibetans, Turks, Arabs, and Chinese During the Early Middle Ages, səh 68
  3. Yeni Tan tarixi《新唐书》郭元振传
  4. TABARI'S REPORT ON THE WARFARE WITH THE TURGIS AND THE TESTIMONY OF EIGHTH CENTURY CENTRAL ASIAN ART by EMEL ESIN - Proceedings of the 15th Meeting of the Permanent International Altaistic Conference 7.-12. August 1972, səh 131
  5. Chavannes, Edouard, Documents Sur Les Tou-Kiue (Turcs) Occidentaux, Librairie d’Amérique et d’Orient Adrien Maisonneuve, Paris, 1903, səh. 200