Toxaristan yabquluğu


Toxaristan yabquluğuAşina sülaləsinin bir qolunun Toxaristan ətrafında qurduğu dövlət.

Yabquluq
Toxaristan yabquluğu
吐火羅葉護政權
 
 

Paytaxt Künduz
Rəsmi dilləri Qədim türk dili
Dövlət dini Tenqriçilik
Buddizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toxaristan bəzi mənbələrə görə 618[1], bəzi mənbələrə görə isə 625-ci ildə Tonq Yabqu xaqanın dövründə ələ keçirilmiş, hakimiyyət oğlu Tarduş Şada verilmişdir.[2] Məşhur buddist rahib Syüançzan 630-cu ildə Tarduş şadın hələ hakimiyyətdə olduğunu yazırdı.[3] Çin mənbələrində 635 və 645-ci illərdə Çinə səfir göndərildiyi yazılmışdır.[3]

650-ci illərdə İşbara Yabqu (阿史那乌湿波) Toxaristan hakimi idi.[4]

Pantu Nili yabqu

[redaktə | mənbəni redaktə et]

705-ci ildə hakimiyyətdə olmuş yabqu kimi Pantu Nilinin (般都泥利) adı çəkilir.[4] 718-ci ildə qardaşı Puluo Tigini (阿史恃勒僕羅) Çinə səfir kimi göndərmişdir.[5]

Qutluq İl Tardu

[redaktə | mənbəni redaktə et]

729-cu ildə Çin tərəfindən Toxaristan yabqusu və Eftalit hökmdarı (悒怛王) kimi tanınmışdır. Bəzi mənbələrdə adı Qutluq Ton Tardu kimi keçir.

Şilimanq Çialuo

[redaktə | mənbəni redaktə et]

Türkcə adı bilinməməklə bərabər 749-cu ildə və 758-ci ildə Çinə səfir yolladığı məlumdur.[5]

  1. Ş.S. Kamaliddinov (1996). İstoriçeskaya geografiya Yujnogo Sogda i Toharistana po araboyazıçnım istoçnikam IX-naçala XIII vv.. ss. s. 196. Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine
  2. J. Harmatta, B.A. Litvinsky (1999). "Tokharistan and Gandhara under Western Türk rule (650-750)". History of civilizations of Central Asia. South Asia Books. ss. c. 3, s. 367-402. ISBN 81-208-1540-8.
  3. 1 2 Hüseyin Salman (Nisan 1990). "Toharistan Türk Yabguluğu". Türk dünyası araştırmaları: S. 65, s. 133-138.
  4. 1 2 Yeni Tan Tarixi 221b:6252
  5. 1 2 Chavannes, Edouard, Documents Sur Les Tou-Kiue (Turcs) Occidentaux, Librairie d’Amérique et d’Orient Adrien Maisonneuve, Paris, 1903, səh. 200