Papirus topalağı

Papirus topalağı (lat. Cyperus papyrus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin topalaq cinsinə aid bitki növü.

Papirus topalağı
Elmi təsnifat
Beynəlxalq elmi adı

5 m-dək hündürlüyündə çiçəkverən gövdəsi üçtilli, yoğun, dar lansetvarı yarpaqları aşağıda pulcuqvarı çıxıntılarla örtülüdür. Çiçək qrupu iri, çətirşəkilli olub, 6–16 çiçək sünbülcüyündən əmələ gəlmiş çoxlu silindrik sünbüllərdən ibarətdir. Papirus topalağı tropik Afrikada çay və göl sahillərində, sakit axan sularda bitir. Geniş cənkəlliklər əmələ gətirir. Qədimdə Misirdə, Fələstində və Cənubi Avropanın bir sıra ölkəsində becərilirdi. Papirus topalağı dekorativ bitki kimi bağ, park və oranjereyalarda yetişdirilir.

Papirus topalağının gövdəsindən parça, ayaqqabı və s. hazırlanmasında istifadə olunur. Yazı materialı kimi Papirus e.ə. III minilliyin əvvəllərində Qədim Misirdə ixtira olunmuşdur. E.ə. I minilliyin ortalarından Aralıq dənizi sahilinin digər ölkələrində yayılmışdı. Papirus topalağının gövdəsini köndələninə dar zolaqlarla kəsir və bir-birinin üzərinə qoyurdular. Bu üsulla alınan təbəqəni zolaqları o birisininkinə nisbətən köndələninə olan təbəqənin üzərinə qoyub bərk sıxır, sonra qurudurdular. Lülə papirus bir neçə təbəqəni yapışdırmaqla alınırdı. Papirus topalağı əvvəlcə bəyaz rəngli olur, getdikçə qaralır, elastikliyini itirir, kövrəkləşirdi. IX əsrədək Misirdə istifadə olunmuşdur. 8-ci əsrdən Çində kağızın ixtira olunması papirusun sıxışdırıb çıxarılmasına səbəb oldu.

Papirus mətnlərini papirologiya, misirşünaslıq, semitologiya və s. öyrənir. Bu mətnlər Qədim Misir və antik dövrün təsərrüfat, mədəniyyət və siyasi həyatını öyrənməkdə mühüm mənbələrdəndir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Chlorocyperus papyrus (L.) Rikli

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 47.