Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə. 2-ci ildə IV Fraatı zəhərləyir və oğlu V Fraat ilə imperiyaya hakimlik edir. Buna baxmayaraq, onların hakimiyyəti qısaömürlü olur. Parfiya aristokratiyası Muzanı oğlu ilə birlikdə Romaya qaçmağa məcbur edir və III Orod şah seçilir.
Muza | |
---|---|
q.yun. ΜΟΥΣΗ | |
| |
Parfiya məlikəsi | |
e.ə. 2 – b.e. 4 | |
Əvvəlki | IV Fraat |
Sonrakı | III Orod |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. e.ə. 46[1] |
Doğum yeri |
|
Vəfat tarixi | I əsr |
Vəfat yeri | |
Milliyyəti | italiyalı |
Fəaliyyəti | siyasətçi, suveren[d] |
Həyat yoldaşı | IV Fraat |
Uşağı | V Fraat |
Vikianbarda əlaqəli mediafayllar |
Muza İran tarixində üç qadın hakimdən birincisi idi. Onlardan digərləri VII əsrdə yaşamış, Sasanilər imperiyasına hakimlik etmiş Borandoxt (630) və Azərmedoxt (630–631) bacıları idi.
Muza əslən İtaliyadan olan bir kölə idi. O, e.ə. 53-cü ildə Karr döyüşündə itirilən akvilalar, eləcə də sağ qalmış bütün müharibə əsirləri əvəzində IV Fraatın oğurlanmış oğlunun qaytarılması haqqında olan bir müqavilənin imzalanması şərəfinə e.ə. 20-ci ildə Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir.[2][3] Parfiyalılar bu mübadiləni şahzadəni geri almaq üçün verilən kiçik bir qurban hesab edirdi.[4] Emma Struqnell irəli sürür ki, Oktavian Avqust Muzanı Parfiyaya casusluq etmək, ya da ki Parfiya şahanşahına təsir göstərmək üçün göndərir. O, əlavə edir: Avqust Parfiyaya potensial bir ağır hücum həyata keçirməyi, oranı Romanın bir vilayətinə çevirməyi arzulayırdı".[5] Əvrəman perqamentlərinə görə, IV Fraatın o vaxt daha dörd məlikası var idi. Onlar Olenyer, Kleopatra, Bazeyrta və Bisteybanaps idi.[6][7] Muza tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilmişdir. Onun oğlu Fraatak (aha sonra V Fraat) e.ə. 19-cu ildə anadan olmuşdur.[8][9][10][11] Taxt-tacı öz oğlu üçün qorumaq istəyən Muza e.ə. 10/9-cu ildə IV Fraatla danışır ki, oğullarının dördünü Romaya göndərsin və varislik üstündə münaqişə baş verməsin.[8][9][12][13]