Paroza evkalipti (lat. Eucalyptus porosa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Paroza evkalipti | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Paroza evkalipti |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Vətəni Avstraliyadır. Aralıq dənizi sahillərində geniş ərazilərdə becərilir.
Hündürlüyü 15–18 m-ə çatan, sıx çətirli ağacdır. Gövdəsinin qabığı boz-qonur rənglidir. Təzə yarpaqları açıq yaşıl rəngli, parlaq, yaşlandıqca əyilmiş formalı, tünd və ya açıq yaşıl rəngdə olur. Birevli bitkidir. Avqust-sentyabr aylarında çiçəkləyir. Meyvəsi qutucuqdur.
Abşeronun iqlim şəraitinə davamlı olub, işıqsevən bitkidir. Yaşadığı mühitdən, iqlim-torpaq şəraitindən, dəniz səviyyəsindən, yerləşmə hündürlüyündən asılı olaraq bitkinin böyüməsi və inkişaf fazaları bir-birindən fərqlənir.
Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahələrində 1967-ci ildən introduksiya olunmuşdur. Bir çox bölgələrdə mədəni şəraitdə becərilir.
Yarpaqların tərkibində efiryağı vardır. Yaşıllaşdırmada istifadə üçün yararlıdır.