Patent trollu

Patent trollu (ing. Patenttroll)-patent sahiblərinə qarşı iddialarının təqdim edilməsində ixtisaslaşmış fiziki və hüququ şəxsdir. Patent trollu əslində özünün istehsal etmədiyi, özünün əmək sərf etmədiyi texnologiyada hüquqi açıqlardan faydalanaraq, bir az hiyləgərlik, bir az da texniki bilgi sayəsində ixtiranı öz adına patentləşdirir, sonra isə bu texnologiyadan istifadə edən hər kəsdən yüksək patent lisenziyaları tələb edib böyük qazanc əldə edirlər. Trollar əsasən hüquq şirkətləri şəklində qarşıya çıxırlar. Patent trolları özlərini daha çox patent holdinqi, və ya patent "dileri" (ing. Patent dealer) adlandırmağa üstünlük verirlər.

"Patent trollu" termini 1993-cü ildə çox agressiv patent təqibi aparan şirkəti təsvir etmək üçün istifadə edilmişdir. Patent trollu ilk dəfə 1994-cü ildə universitetlərdə, dövlət müəssisələrində, şirkətlərdə yayilan " patent videosunda" təsvir olunmuşdu. Bunlara əvvəl patent qəsbkarı adı verilmişdi. Bu videofilmdə heç nədən şübhələnməyən patent sahibləri özlərini patent gəlirlərindən renta almalı olan şəxs kimi qələmə verən trolların qurbanı olduğu göstərilirdi. Məsələn:

  • 2006-cı ildə Blackberry şirkəti məhsullarının ABŞ-də yayılmasının qadağasının qarşısının alınması üçün NTP İnc şirkətinə 512 mln. dollar məbləğində pul ödəmişdi
  • 2008-ci ilin oktyabrında Saxon İnnovations LLC şirkəti Nokia, Palm və Reasearch in Motion və s. şirkətinə qarşı iddia ilə müraciət edib. Bu şirkət iddia edirdi ki, sadalanan şirkətlər mobil telefonların klaviaturalarının taymer vasitəsilə aktivləşdirilməsi; mobil qurğuların prosesorlarının bir hissəsinə və s. texnologiyaları məhs onlara aiddir.
  • 2013-cü ilin oktyabrında Apple Microsoft tərəfindən yaradılmış Rockstar patent trollu Google, Huawei, Sumsung və s.kimi mobil telefon istehsal edən kompaniyaları məhkəməyə vermişdi. Bu məhkəmələrdə qalib gəlmək üçün sərf edilən məbləğ o qədər böyük olur ki, hətta ən nüfuzlu şirkətlər belə öz ixtiralarından imtina etməli olurlar.

Ən iri patent trollar

[redaktə | mənbəni redaktə et]

Business İnsider (2012) məlumatına əsasən mənimsənilmiş ən çox patent sayına görə böyük troll şirkətləri: İntellectual Ventures (10 mindən artıq), Round Rock reasearch LLC (3,5 min), Rockstar Consortium LLC (3,5 min), Worf (2,5 min), Rumbus (1,6 min), Tesera Technologies(1,4 min), Acacia Technologies (1,3 min).

  • Похитители патентов // Коммерсантъ, Илья Зиновьев, Журнал " Деньги" № 6 (761) от 15.02.2010.
  • Искусство неприятных сюрпризов: Патентные ловушки // Computerra, Родион Насакин, 14 mart 2017