Patrik Beytman (ing. Patrick Bateman) — Bret İston Ellis tərəfindən yaradılmış uydurma personaj. O, Ellisin 1991-ci ildə yazdığı "Amerikalı Psixopat" romanının əsas obrazıdır, 2000-ci ildə işıq üzü görmüş film adaptasiyasında onu Kristian Beyl canlandırıb. Patrik imkanlı Uoll-Strit investisiya bankiri və materialist yappidir, həmçinin seriyalı qatil kimi gizli həyat sürür.
Patrik Beytman | |
---|---|
İlk görünmə | The Rules of Attraction (1987) |
Son görünmə | Lunar Park (2005) |
Yaradan | Bret İston Ellis |
Canlandıran | Kristian Beyl |
Məlumat | |
Təxəllüslər |
Pat Bateman Marcus Halberstam (Marcus Halberstram) Paul Owen (Paul Allen) |
Cinsi | kişi[d][1] |
Peşə | İnvestisiya bankiri |
Titul | Vitse-prezident |
Ailə | Sean Bateman (kiçik qardaşı) |
Milliyyəti | Amerikalı |
Təhsili |
Phillips Exeter Academy Harvard Kolleci Harvard Business School |
Romanın əvvəlində Patrik Beytman, Uoll-Stritdəki uydurma investisiya şirkəti "Pierce & Pierce"də birləşmə və satınalmalar üzrə çalışan 26 yaşlı mütəxəssisdir.[2] O, Upper West Side-dəki American Gardens Building-in 11-ci mərtəbəsindəki mənzildə yaşayır və burada aktyor Tom Kruzla qonşudur. Beytman həmkarlarını, evsizləri, fahişələri və digər müxtəlif şəxsləri hədəf alan seriyalı qatil kimi gizli həyat sürür. Romanda onun törətdiyi dəhşətli cinayətlərdən, o cümlədən zorlama, işgəncə, nekrofiliya və kannibalizm əməllərindən danışılır.[3]
Beytman 19 sentyabr 1962-ci ildə varlı ailədə dünyaya gəlib.[4][5][6][7][8] Onun valideynlərinin Long Island-da və Nyuportda bağ evi var. Valideynləri bir müddət əvvəl boşanıblar, anası xəstəlik səbəbindən hazırda sanatoriyada yaşayır. Patrikin atası ilk dəfə "The Rules of Attraction" romanında görünüb və Konnektikutdakı bir mülkdə böyüyüb, hazırda Manhettendəki Carlyle hotelində bir mənzilə sahibdir. Beytmanın atası romanda yalnız keçmiş zamanda xatırlandığı üçün öldüyü ehtimal edilir. 2000-ci ildə çəkilmiş film adaptasiyasında onun şirkət sahibi olduğundan söhbət açılır, bu da onun filmdə sağ olduğunu göstərir.[9]
Beytmanın Sean adlı kiçik qardaşı var, o, Camden Kollecində təhsil alır və eyni zamanda Ellisin əvvəlki romanı olan "The Rules of Attraction"un baş qəhrəmanıdır. Beytman Nyu-Yorka köçməzdən əvvəl hazırlıq üçün Phillips Exeter Akademiyasında oxuyub və sonra Harvard Kollecini və Harvard Biznes Məktəbini bitirib.[10]
Beytman romanın sonunda həmkarı Paul Alleni qətlə yetirdiyini üçün həbs olunacağına inanır və buna görə də cinayətin etiraflarını vəkilinin telefonuna göndərir. Şənlikdə olarkən o, gözlənilmədən vəkili ilə rastlaşır. Vəkil Alleni bir neçə gün əvvəl gördüyünü bildirir (başqası ilə səhv salıb) və telefondakı mühüm mesajı zarafat kimi qəbul edir. Beytman törətdiyi cinayətlərin cəzasız qalacağını görür, həyatın mənasız olduğunu və etdiklərinin çıxış yolu olmadığını başa düşür.[5][6][11]
Patrik Beytman ilk növbədə pozğunluğa meylinə və hekayə boyu etdiyi həddindən artıq şiddətə görə pis insan hesab olunur. O, cəlbedici personaj olsa da heyran olunacaq bir insan deyil, Beytman insan təbiətinin qaranlıq tərəfinin təmsilçisi olmaq üçün yaradılıb.