Paul Ernst Kahle (alm. Paul Ernst Kahle; 21 yanvar 1875[2][3][…] – 24 sentyabr 1964[2][3][…], Bonn) — Almaniya şərqşünası.
Paul Ernst Kahle | |
---|---|
alm. Paul Kahle | |
Doğum tarixi | 21 yanvar 1875[2][3][…] |
Vəfat tarixi | 24 sentyabr 1964[2][3][…] (89 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | dilçilik, teologiya[1], şərqşünaslıq[1] |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili | |
Tanınmış yetirməsi | Manfried Dietrich[d] |
Üzvlüyü |
|
Mükafatları |
Paul Ernst Kahle 21 yanvar 1875-ci il tarixində Hohensteinda doğuldu. 1894–1898 illər arasında Marburq və Halledə teologiya və şərqşünaslıq elmlərinə yiyələndi. 1898-ci ildə "Textkritische und lexikalische Bemerkungen zum samaritanischem Pentateuchtargum" başlıqlı çalışması ilə fəlsəfə, 1902-ci ildə "de Der masoretische Text des Alten Testaments" adlı dissertasiyasıyla ilahiyyat doktoru oldu. Səkkiz ay qədər Rumıniyada keşiş olaraq çalışdıqdan sonra 1903-cü ildə Qahirəyə gedib beş il müddətiylə yenə keşişlik və oradakı Alman məktəbinin müdiri oldu. 1914-cü ildə Giessendə professor oldu; 1923-cü ildə Enno Littmanın yerinə Bonna təyin edildi. Siyasi basqılar üzündən 1938-ci ildə İngiltərəyə sığındı. II Dünya müharibəsi boyunca Londonda Chester Betty koleksiyasında və Oksfordda Bodleian Librarydə olan Ərəb dilində əlyazmaların kataloqlarını hazırladı. Savaşın ardından Bonnda buraxdığı evinə və kitabxanasına yeniden qovuşduğu kimi ona Alman hökuməti tərəfindən əməkli professor maaşı bağlandı. Bundan sonrakı həyatını elmi çalışmalar hazırlayaraq, seminar və konferanslar verərək keçirdi. Çox sayda akademik və elmi dərnəyin üzvü olan Kahle 1963-cü ildə Düsseldorfa yerləşdi və 24 sentyabr 1964 tarixində Bonnda vəfat etdi.