Paulet adası — Antarktida ərazisində yerləşən vulkanik ada. Ada Britaniya ekspedisiyası (1839—1843) zamanı kəşf edilmişdir.
Paulet adası | |
---|---|
ing. Paulet | |
Ümumi məlumatlar | |
Sahəsi | 2,52 km² |
Uzunluğu |
|
Eni | 1,5 km |
Hündür nöqtəsi | 353 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
63°35′00″ c. e. 55°47′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriya |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada vulkandan axan lavanın sayəsində formalaşmışdlr. Geotermal isti adanın böyük qisminin buzdan azad olmasına səbəb olur. Aparılan marfoloji tətqiqatlar onu göstərir ki vulkan 1000 il öncəyə qədər püskürmüşdür[1].
Paulet adası Britaniya ekspedisiyası (1839—1843) zamanı Ceyms Klark Ross tərəfindən Britaniya Kral hərbi-dəniz donanmasının kapitanı Corc Pauletin şərəfinə adlandırılmışdır. 1903-cü ildə Otto Nordenşeldin gəmisi ada yaxınlığıda buzlar arasında dağılaraq batmışdır.
Ada BirdLife International beynəlxalq təşkilatı tərəfindən mühüm ornitoloji ərazi kimi qeydə alınmışdır. Burada il ərzində 100000 cüt Adeli pinqvini yumurta qoyaraq bala çıxardır. Üstəlik İmperator balkanı, qar fırtınaquşu və dominikan qağayısı[2] yumurta qoyur.