Cənub Okeanı

Cənub Okeanı və ya Antarktik okeanYerin 5 okeanından biri hesab edilir. Antarktida qitəsini əhatə edir. Bu okeanın sahəsi 20 327 min km². (okeanın şimal sərhəddi cənub eninin 60 dərəcəsindən keçir). Ən böyük dərinliyi (Cənubi Sandviç novu) — 8428 m.[1][2]

Cənub okeanı
Ümumi məlumatlar
Sahəsi
  • 20.327.000 ± 1 km²
Həcmi 71.800.000 km³
Dərin yeri 7.235 m
Yerləşməsi
65° c. e. 90° ş. u.
[[Fayl:|280px|Cənub okeanı xəritədə]]
Cənub okeanı
Cənub okeanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cənub okeanı

Antarktida ətrafında 13 dəniz var: Ueddell dənizi, Skotia dənizi, Bellinshauzen dənizi, Ross dənizi, Amundsen dənizi, Deyvis dənizi, Lazarev dənizi, Riser-Larsen dənizi, Kosmonavtlar dənizi, Birlik dənizi, Mouson dənizi, Dürvil dənizi, Somov dənizi. Okeanın əsas adaları: Kergelen adası, Cənubi Şetland adaları, Cənubi Orkney adaları. Antarktik şelfi 500 metr dərinliyə qədərdir.[3]

Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir,[4] ancaq bu qərar həmin vaxt təsdiq edilmir. 1953-cü il okean təsnifatında Cənub okeanı anlayışı yoxdur.

Cənub okeanı 8 iyun 2021-ci ildə Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən rəsmən tanınmışdır.[5]

  1. "Южный океан (или Антарктический океан) – четвёртый по размеру океан Земли, окружающий Антарктиду". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21. (#redundant_parameters); (#redundant_parameters)
  2. "Coğrafi giriş (Eng)".
  3. "Южный или Антарктический океан". 2011-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21. (#redundant_parameters); (#redundant_parameters)
  4. "About.com:Geography: The Fifth Ocean". 2012-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-28. (#redundant_parameters); (#redundant_parameters)
  5. "Yeni bir okean". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]