Pavel Antokolski

Pavel Qriqoryeviç Antokolski (rus. Па́вел Григо́рьевич Антоко́льский; 1 iyul 1896[1][2][…], Sankt-Peterburq[4][5]9 oktyabr 1978[3][1][…], Moskva) — rus sovet şairi, tərcüməçi və dramaturq.

Pavel Antokolski
rus. Па́вел Григо́рьевич Антоко́льский
Doğum tarixi 1 iyul 1896(1896-07-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1978(1978-10-09)[3][1][…] (82 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vostryakovo qəbiristanlığı[d]
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti dilçi, şair, tərcüməçi, teatr rejissoru, dramaturq, teatr tənqidçisi
Əsərlərinin dili rus dili
Janrlar nəsr, pyes, esse, şeir, poema, oçerk
Üzvlüyü
Mükafatları "Stalin" mükafatı — 1946 "Qırmızı əmək bayrağı" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni — 1956 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Şərəf nişanı" ordeni — 1939 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavel Antokolski Sankt-Peterburqda daimi vəkil və daimi stryapçi köməkçisi Gerşon Movşeviç Antokolski (1864—1941)[6] və Olga Pavlovna Antokolskaya (? -1935) ailəsində anadan olmuşdur. Atası özəl firmalarda işləmiş, daha sonra 1933-cü ilə qədər sovet müəssisələrində xidmət etmişdir. Anası Fröbel kurslarına gedirdi. Ailə Vilne şəhərində yaşayırdı, burada onun Yevgeniya (1900), Nadejda (1903) və Mariya adlarında bacıları dünyaya gəlmişdilər. 1904-cü ildə ailə Moskvaya köçdü, burada gələcək şair özəl gimnaziyaya girdi. 1915-ci ildə Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxudu (məzun olmadı).

1918-ci ildə onun yazıları nəşr olunmağa başlandı. 1922-ci ildə ilk şeirlər kitabını nəşr etdi. Yevgeni Vaxtanqovun rəhbərlik etdiyi Tələbə Dram Teatrında dərslərə qatılırdı. 1919—1934-cü illərdə dram studiyasında rejissor kimi çalışırdı, sonradan bu yer Vaxtanqovun adına Teatra çevrildi. Bu studiya üçün "İnfantanın kuklası" (1916) və "Yuxuda nişan" (1917-1918) daxil olmaqla üç pyes yazdı..[7] İnqilab zamanı Marina Svetayeva ilə dost idi.

Məbəd cəngavərləri ordeninin tarixi və mənəvi həyatı ilə maraqlanırdı; mistik fikirlərin təsiri altında Herbert Uellsin "Yatmış oyananda" romanının teatr (E. Vaxtanqov adına Teatr) üçün səhnələşdirməsini yazdı.[8]

Böyük Vətən Müharibəsi illərində cəbhə teatrına rəhbərlik etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1945-ci ilin yazında V. P. Çkalov adına Tomsk Regional Dram Teatrının rejissor kimi Tomska gəldi.[9]

Fransız, bolqar, gürcü, azərbaycan şairlərinin əsərlərini tərcümə etmişdir. Tərcümələr arasında Viktor Hüqonun "Ölümə məhkum edilmişin son günü" hekayəsi və eyni müəllifin "Kral əylənir" romantik dramı da var idi.

Pavel Antokolski 9 oktyabr 1978-ci ildə vəfat etdi. Moskvada, Vostryakovskoye qəbiristanlığında, on il əvvəl vəfat etmiş həyat yoldaşı və muzası, Vaxtanqov studiyasının aktrisası Zoya Bajanovanın yanında dəfn olundu.

  1. 1 2 3 4 LIMIS (lit.).
  2. 1 2 АНТОКОЛЬСКИЙ Павел Григорьевич // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 94–96. ISBN 5-94848-245-6
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 1.
  5. 1 2 Антокольский Павел Григорьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. Метрические данные доступны на сайте еврейской генеалогии JewishGen.org. В профессиональных документах имя указывастся как Герасим Моисеевич Антокольский, в записи о рождении в канцелярии виленского городского раввина от 27 июля 1864 года — Гершон Мовшевич Антокольский, в записях о рождении детей — попеременно Герасим (1900) и Григорий (1903) Антокольский.
  7. "Павел Антокольский: неизвестные и малоизвестные стихи". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
  8. Никитин А. Л. Мистики, розенкрейцеры и тамплиеры в Советской России: Исслед. и мат. М., 1998.
  9. История Томска Arxivləşdirilib 2007-08-12 at the Wayback Machine, tomskhistory.lib.tomsk.ru