Pavel Durovun həbsi

VKontakte sosial şəbəkəsinin və Telegram messencerinin təsisçisi Pavel Durovun həbsi 2024-cü il avqustun 24-də Parisdə yerli vaxtla saat 20.00 radələrində şəxsi təyyarəsi uçuş-enmə zolağına enərkən baş verib. Həbs Fransa Hava Nəqliyyatı Jandarması[ing.] tərəfindən həyata keçirilib.[1] Durovu bir qadın və mühafizəçi müşayiət edib. Telegram-ın yaradıcısının təyyarəsi Azərbaycandan Fransaya yollanıb.[2]

Pavel Durov narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulmasında və pedofil məzmununun ört-basdır edilməsində iştirakda ittiham olunur.[3][4][5][6][7][8] O, nəzarətə götürülüb. Fransa səlahiyyətliləri bildirirlər ki, Telegram, moderasiyanın olmaması, kriptovalyutalardan istifadəyə şərait yaratdığına görə fırıldaqçılar və digər cinayətkar fəaliyyətlər üçün meydançaya çevirlib. Aİ orqanlarının Telegram-a qarşı əsas şikayəti şifrəli mesajlarla bağlıdır. Durov Fransada "persona non grata" ("arzuolunmaz şəxs") elan edilib və Fransa vətəndaşı kimi mühakimə olunacaq. Onu 20 ilə qədər həbs gözləyirdi.[9][10]

28 avqust 2024-cü il tarixində Fransada istintaq hakimi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib. Həmçinin Fransanı tərk etməsi qadağan olunub. O, irəli sürülən 12 cinayətdən 6-da ittiham olunub.[11]

  1. "Павла Дурова задержали во Франции". Интерфакс. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  2. "Павел Дуров задержан во Франции Ему могут предъявить обвинения по тяжким статьям из-за отказа модерировать контент в телеграме". Meduza (rus). 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  3. Jolly, Bradley. "Telegram CEO and Russian billionaire 'arrested while stepping off private jet'". The Mirror (ingilis). 2024-08-24. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  4. "Павел Дуров помещён под стражу по прибытии в Париж". Радио Свобода (rus). 2024-08-24. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  5. "Founder and CEO of Telegram arrested at French airport - report". The Jerusalem Post | JPost.com (ingilis). 2024-08-25. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  6. "Босс Telegram Павел Дуров задержан в аэропорту во Франции — французские телеканалы". BBC News Русская служба (rus). 2024-08-24. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  7. "INFO TF1/LCI : le fondateur et PDG de la messagerie Telegram interpellé en France". TF1 INFO (fransız). 2024-08-24. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  8. "Le PDG franco-russe de la messagerie chiffrée Telegram interpellé en France". BFMTV (fransız). 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
  9. "Задержанному во Франции Дурову грозит до 20 лет тюрьмы, сообщил журналист". РИА Новости (rus). 2024-08-25. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  10. "Pavel Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib". 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-25.
  11. "Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxıldı". Oxu.az (az.). İstifadə tarixi: 2024-08-29.