Pavel (Pavlik) Manukyan (3 mart 1964, Babakişi, Abaran rayonu) — Ermənistan hərbçisi və ictimai xadimi. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, Müəssislər Məclisinin üzvü, "Sasna tsrer" qrupunun üzvü olmuşdur.
Pavlik Manukyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 mart 1964 (60 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
3 mart 1964-cü ildə Ermənistan SSR-nin Abaran rayonunda yerləşən Babakişi kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1990-cı ildə "Daşnaksutyun" partiyasına üzv olmuşdur. O, çox keçməmiş, bu strukturu erməni xalqının düşməni hesab edərək oranı tərk etmişdir.[1] Birinci Qarabağ müharibəsində iştirak etmişdir, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.[2]
Pavel Manukyan hakimiyyətin yeritdiyi siyasətlə razılaşmadığı üçün aldığı bütün hərbi medallardan imtina etmişdir.[3] 2018-ci ildə Ermənistanda inqilabdan sonra bütün mükafatları qəbul etmişdir.