Sasna Tsrer Pan-Armenian Party | |
---|---|
Quruluş tarixi | 29 sentyabr 2018 |
Baş qərargah | |
İdeologiya | Erməni milliyətçiliyi, Avropaya meyllik, Birləşmiş Ermənistan |
İdeoloji spektr | sağçılıq, ifrat sağçılıq |
Partiyanın adı erməni qəhrəmanlıq dastanı «Sasunlu igidlər»poemasından götürülmüşdür.
Partiyaya yeddi nəfərdən ibarət katiblik rəhbərlik edir: Qaregin Çuqasyan, Aleksandr Yenikomşıyan, Gevorq Səfəryan, Vaaqn Avaqyan, Arek Kyuregyan, Ruzan Yeqnukyan və Varujan Avetisyan.
"Sasna Tsrer" əvvəllər Serj Sarkisyanın və onun Ermənistan Respublikaçı Partiyasının rusiyayönlü hakimiyyətinə radikal müxalifətdə idi, lakin bu fəaliyyət 2016-cı ildə İrəvan girov böhranı ilə yekunlaşmışdı.[1] Partiya daha sonra zorakılıqdan imtina etmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı Jirair Sefilian partiyanın əsas simalarından biridir.
Sasna Tsrer ifrat milliyətçi hərəkatdır.[2] De-fakto partiyanın lideri Jirayr Səfilyan Vahid Ermənistanın yaradılmasının tərəfdarıdır. Onlar açıq şəkildə Qondarma Dağlıq Qarabağ Respublikasını Ermənistana birləşdirməyə çağırırdılar.[3] Sasna Tser Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyasına qəti şəkildə qarşı çıxmışdır.[4] Partiyanın strateji məqsədi Ermənistandakı və xaricdəki erməniləri birləşdirmək, erməni millətinin davamlılığını və onun qlobal təsirini təmin etməkdir.[5][6]
Partiya ABŞ və İran ilə strateji ittifaqlar qurmağı, Avropa İttifaqı, Ukrayna, Gürcüstan, Çin və Hindistanla daha sıx əməkdaşlıq qurmağı müdafiə edir.[7]