"Payız sonatası" (isv. Höstsonaten) — rejissor İnqmar Berqmanın filmi.[2]
Payız sonatası | |
---|---|
isv. Höstsonaten | |
Janr | dram |
Rejissor | İnqmar Berqman |
Ssenari müəllifi | İnqmar Berqman |
Baş rollarda |
İnqrid Berqman Liv Ulman |
Operator | Sven Nükvist |
Bəstəkar | |
İstehsalçılar |
Filmédis Incorporated Television Company (ITC)[1] Personafilm Suede Film |
İlk baxış tarixi | 8 oktyabr 1978, İsveç |
Filmin növü | bədii film |
Müddət | 99 dəqiqə |
Ölkələr |
Almaniya Fransa İsveç |
Dil | isveç dili |
İl | 1978 |
Rəng | rəngli |
IMDb | ID0077711 |
Kənd pastorunun arvadı Eva artıq yeddi ildir görüşmədiyi anası Şarlottanı öz evlərinə qonaq çağırır. Onun anası dünya şöhrətli, istedadlı, dəlisov, yaşlı pianoçudur. Eva fortepianoda pis çalmadığına baxmayaraq, anası kimi o qədər də istedadlı deyildi. Lakin ən əsası onun evdar qadın, həyat yoldaşı, ana və sevimli bacı olmağa meyili idi. Buna baxmayaraq onun həyatında hər şey uğursuz idi: ərinə böyük hörmət edir, amma əslində onu sevmir, onların oğlu dörd yaşında batmışdır və sağalmaz yara əvvəlki kimi yenə də rahatlıq vermirdi. Hətta Şarlotta da heç vaxt Evanı o istədiyi kimi istəməmişdi. Eva özünü ələ almaq üçün xəstəxanadan iflicdən əziyyət çəkən bacısını götürür. O, yer üzündə öz tənhalığını başa düşür.
Böyük bacının evində kiçiyin olması ananı şoka salır. O, özünün xəstə, yad saatlarını Evanın ifasında Şopenə qulaq asmağa sərf edir. Və bu əsəri özü də necə çalmaq lazım olduğunu düşündüyü kimi ifa edir. Öz şəxsi avtomobilini qızına bağışlamaq fikrinə düşür. Buna görə də o, evə təyyarə ilə qayıtmalıdır. Yeni maşının alınmasında da heç bir problem olmayacaq. Gecə Şarlotta pis yuxudan ayılır: ona elə gəlir ki, Eva onu boğur. Qadın durur, qonaq otağına keçir və orada Evanı görür. O da yatmayıb.
Ana və qızı yaşadıqları həyatı yada salaraq münasibətlərinə aydınlıq gətirirlər. Evanın əri pastor bu isterikanı eşidir, lakin bu söhbətə qarışmır. Bu qalmaqalı xəstə qız da eşidir. O, çarpayıdan çıxır, pilləkənlə Eva və Şarlottaya doğru sürünür və "Ana, yanıma gəl!" deyib çağırır.
Səhər Şarlotta çıxıb gedir. Eva oğlunun qəbrinə gəlir. Pastor isə xüsusi nəticə olmasa da, xəstə qızı sakitləşdirmək istəyir. Artıq getmiş Şarlotta öz dostlarından birinə xəstə qızı haqqında sual verir: "O niyə ölmür? Belə daha asan olardı…" Əlbəttə, sual cavabsız qalır. Eva anasına məktub yazır: "Günahım böyükdür, məni bağışla".