Payızgülü

Payızgülü (lat. Chrysanthemum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Payızgülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Növün adı yunancadan "qızıl gül" kimi tərcümə olunur. Bu onunla izah olunur ki, taclı payızgülünün çiçəkləri sarı rəngdədir. Çoxillik payızgülülərdən gülçülükdə ən çox istifadə olunanı Koreya payızgülüsüdür. Bu, hündürlüyü 100 sm-ə qədər olub, sentyabrın əvvəllərindən soyuqlar düşənə qədər çiçəkləyən çoxillik bitkidir. Növün hamaşçiçəkləri sadə, çoxləçəkli və müxtəlif rəngli olur. Toxumları aprelin əvvəlində şitilliyə əkilir. Böyüyən şitilləri mayın ortalarında daimi yerə əkirlər. Payızgülünün bəzi növlərinin toxumlarını payızda torpağa əkməklə də çoxaldırlar. Yazda cücərtiləri seyrəltmək lazımdır. Yaşıllaşdırmada geniş istifadə olunan sortlar aşağıdakılardır. Apollo (qonur-qırmızı, sadə), Sitrus (sarı, az ləçəkli), Xerbstsauber (qırmızı, az ləçəkli), İzabellaroza (sarımtıl-çəhrayı, sadə). Çoxillik payızgülləri əsasən hər hissədə 3–4 zoğun olması şərtilə qələmlərlə ya da, kolun bölünməsi ilə çoxaldırlar. Qurumuş və bərkimiş hissələri kəsmək lazımdır. Əgər qışda zoğları şaxtaya davam gətirməzsə, yazda bitki kök sisteminin tumurcuqlarından yenidən bərpa olunacaqdır. Bu məqsədlə qış mövsümündə bitkinin zoğlarını torpaqdan 15 sm hündürlükdə kəsib, budaq və yarpaqlarla örtürlər. Payızgülülər uzun müddət çiçəkləyən bitkilərə aiddir. Üzərində çoxlu gülləri olarkən qar altında qalsa, belə məhv olmur.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Arctanthemum (Tzvelev) Tzvelev
  • Dendranthema (DC.) Des Moul.
  • Hulteniella Tzvelev