Paycıqlı quşüzümü

Paycıqlı quşüzümü (lat. Solanum laciniatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.

Paycıqlı quşüzümü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisi olub, hündürlüyü 2,5 m, birillik kulturada isə 1 m-ə qədər olur. Gövdəsi tək olub, hündürlüyü 40–60 sm, dişcikli-budaqlanandır. Gövdəsi üzərində bənövşəyi piqmentli düyüncüklü, aşağı yarpaqları saplaqlı, uzunluğu 35 sm, cüt olmayan, üç hissəli parçalanan, yuxarı yarpaqları isə azalaraq sadələşən, kiçik, bütöv və neştərşəkillidir. Yarpaqları çılpaq, yuxarı hissəsi azacıq tünd-yaşıl, aşağı hissəsi isə açıq-yaşıl rənglidir. Çiçəkləri iri, qısa çiçəkqrupundan ibarət olub, 3–17 ədəddir. Kasacığı yaşıl, 5 yarpaqlı, çiçək tacı tünd-bənövşəyi, dairəvi, meyvələri şirəli olub, uzunluğu 3 sm-dir. Meyvələri narıncı-qırmızı oval giləmeyvə, uzunluğu 2–3 sm olub, toxumları kiçik və çoxsaylıdır. Butun bitkiləri zəhərlidir.

Bitkinin vətəni subtropik təbilətli ölkələr — Avstraliya və Yeni Zelandiyadır.

Qazaxıstan və Orta Asiyada birillik kulturada becərilir. Toxumlarla çoxalır.

Xammalı kütləvi çiçəkləmə zamanı toplanılır. Yayda məhsulu 2 dəfə toplamaq mümkündür. Qurudulma təbii və süni yolla ola bilər. Bitki 8–12 sm qalınlığında sərilməli və daimi olaraq qurudulmalıdır. Süni şəkildə quruducu şkafda 50–60ºС temperaturda qurudulmalıdır.

Saxlanılma müddəti 5 il olmaqla, quru yerdə saxlanılır. B siyahısına daxildir. Özünəməxsus zəif iyli olub, dadı təyin olunmamışdır.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində qlüko-alkaloidlər olan solasonin, solamarqin və solasodin aqlikon vardır. Solasodin alkaloidi və steroid sırasının əsasını təşkil edir. Solasodin alkaloidləri yetişməmiş meyvələrdə 2,42–3,27%, yarpaqlarda 1,30–2,07%, gövdə və köklərdə az 0,33% vardır.

Famakoterapevtik qrup — Xammalı hormonal preparatların sintezində işlədilir.

Mədəni əkilən çoxillik quşüzümü bitkisi (otu) çiçək və meyvələrinin yetişməsi zamanı xammal kimi keyfiyyətli dərman bitkisidir.

Progesteron, 1% və 2,5% məhlulu. Bu hormon yarımsintetik yolla alınır.

Kortizon asetat, həb 0,025, 0,05q, inyeksiya üçün suspenziya. Qlükokortikosteroiddir.

Otundan solasodin maddəsi alınır ki, bu maddədən progesteron sintez olunur. Tibb praktikasında həm də kortizon asetat maddəsi alınır. Bu maddə bronxial astma, revmatizm, revmatoid artrit, kəskin limfo və mieloblast leykozda, infeksion mononukleoz, neyrodermit, ekzema və digər dəri xəstəliklərində tətbiq olunur. Eyni zamanda böyrəküstü vəzin hormonal çatmamazlığı olan Addison xəstəliyində, hemolitik anemiyada, qlomerulonefrit, kəskin pankreatit və virus hepatitinin müalicəsində istifədə edilir.