Peşna mağarası

Peşna (mak. Пешна) ― Makedoniyada mədəniyyət abidəsi elan edilmiş mağara. Mağara Makedonski-brod qəsəbəsindən 6 kilometr aralıda yerləşir. Speleoloqların fikrincə, Peşna Balkan yarımadasında ən böyük girişə malik mağaradır: Peşnanın girişinin hündürlüyü 40 metr, eni isə 56 metrdir. Mağaranın uzunluğu isə 124 metr (407 ft)-dir. Mağarada yarasalar yuva qurur və orada yaşayır.[1] New York Times qəzetində mağaranın gözəlliyi "Üzüklərin hökmdarı" (ing. Lord of the Rings) filmindəki Helms Deep ilə müqayisə edilimişdir.[2]

Peşna mağarası
Yerləşməsi
41°32′51″ şm. e. 21°15′09″ ş. u.
Ölkə
Peşna mağarası xəritədə
Peşna mağarası
Peşna mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mağaranın şimal hissəsində, güclü yağışlarqar əriməsindən sonra, yayda təmamilə quruyan su axını yaranır. Mağaranın girişində orta əsrlərə aid bir qala və dəyirmanın qalıqları var. Yerli əfsanələrə görə, buradakı qalalarda Kral Markonun bacıları yaşayırdı. Peşna Makedoniyadakı ən qədim əraziolaraq qeydiyyata alınmışdır. Mağaranın girişinin qarşısında makedoniya çarlığınına aid qədim türbənin qalıqları aşkar edilmişdir.[2]

  1. Exploringmacedonia. "Cave Peshna". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. 1 2 Александар Матески, „Девини кули и Пешна“, Економија и бизнис, год. 18, бр. 210/211, декември 2015/јануари 2016, стр. 136-137.