Yarasa (heyvan)

Yarasalar (lat. Chiroptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsidir.

Yarasalar
Elmi təsnifat
Beynəlxalq elmi adı


Çiyin hissəsindən bazuya, oradan ikinci barmağa, daha sonra beşinci barmağa, bədənin yanları ilə arxa ətraflara və quyruğun ucuna qədər incə uçma pərdəsi uzanır. Yarasalar alaqaranlıq və gecə heyvanlarıdır. Bəzi bölgələrdə Gecəquşu adlandırılan bu heyvan çox yaxşı eşidir və dərisi vasitəsilə yaxşı hiss edir. Yarasanın exolokasiya qabiliyyəti yaxşı inkişaf edib. Onlar getdiyi yerə müxtəlif səs dalğaları buraxır. Bu heyvan balalarına öz südünü verir. Əgər qanadları olmasaydı onları siçana oxşatmaq olardı.

Azərbaycan faunasında 3 fəsilə ilə təmsil olunmuşdurlar: nalburunlar (lat. Rhinolophidae), hamarburunlar (lat. Vespertilionidae), buldoqkimilər (lat. Molossidae).

Sonuncu fəsilədə hərəsində bir cins və bir növ vardır — Tadarida teniotis (enliqulaq bükükdodaq). Nalburunlar fəsiləsində eyni cinsə aid 5 növ aşkar edilmişdir. 9 cinsdən və 21 növdən ibarət olan Hamarburunlar fəsiləsinin müxtəlifliyi daha yüksəkdir. Bu fəsiləyə aşağıdakı cinslər aiddir: Myotis – 5 növ, Plecotus – 2, Barbastella – 2, Nyctalus – 2, Pipistrellus – 4, Hypsugo – 1, Vespertilio – 1, Eptesicus – 3, Miniopterus — 1.

Onların Respublikanın ərazisində və landşaftlarda yayılması müxtəlifdir (Raxmatullina, 1995, 1996, 2000) (xəritə). 1700–2350 m hündürlüklərə qədər bütün landşaftlarda geniş yayılmış və fon (çox və adi saylı) növlərin siyahısına aşağadakılar aiddir: Pipistrellus pipistrellus (Pipistrellus pipistrellus), P. kuhlii (Pipistrellus kuhlii), Myotis blythii (itiqulaq şəbpərə), M. mystacinus (bığlı şəbpərə), Eptesicus serotinus (dağ gönlücəsi) və sayca onlardan geri qalmayan Rhinolophus hipposideros (kiçik nalburun), Rh. ferrumequinum (böyük nalburun). Yuxarıda qeyd olunan 7 növdən başqa arid landşaftlarda (yarımsəhralar, dağətəyi və dağüstü çöllər) nadir halda Barbastella leucomelas (Asiya enliqulağı), Eptesicus bottae (səhra yarasası) rast gəlir, yarasa əhalisinin əsasını isə Pipistrellus kuhlii (düzənliklərdə) və Pipistrellus pipistrellus (dağətəkləri və dağlarda) təşkil edir.

Həm arid, həm də mezofil landşaftlarda Rhinolophus mehelyi (Meheli nalburunu), Myotis emarginatus (Üçrəng gecə şəbpərəsi), Plecotus auritus (qonur palazqulaq), Nyctalus noctula (kürən axşam yarasası), Hypsugo savii (Hypsugo savii), Pipistrellus nathusii (Pipistrellus nathusii), Vespertilio murinus (ikirəng hamarburun) rast gəlir. Yayda 1200 fərddən ibarət toplular əmələ gətirən Meheli nalburunu və 30 fərdlik topalaşmaları olan kürən axşam yarasasından başqa onların hamısı demək olar ki, nadir və ya azsaylıdırlar.

Meşə landşaftlarında, əsasən də dağ meşələrində Miniopterus schrebersii (adi uzunqanad yarasa), Rhinolophus euryale (cənub nalburunu), Rh. blasii (Blazius nalburunu), Myotis nattereri (Natterer şəbpərəsi), Barbastella barbastellus (Avropa enliqulağı), Tadarida teniotis (enliqulaq bükükdodaq) məskən salırlar. Bu heyvanlara az hallarda rast gəlinir və sayları da azdır (yalnız birinci növdən başqa, onun Azıx-Kilit koloniyası 8–10 min fərddən ibarətdir). Myotis bechsteinii (Bexşteyn şəbpərəsi), Plecotus austriacus (boz palazqulaq), Nyctalus leisleri (kiçik axşam yarasası), Eptesicus nilssoni (şimal gönlücəsi) cəmi bir dəfə qeydə alınmışdır.

Pipistrellus pygmaeus (piqmey şəbpərə) bu yaxınlarda Qərbi Azərbaycanda və Lənkəranda qeydə alınmışdır (xəritə). Bütün yarasalar son dərəcə xeyirli heyvanlar kimi mühafizə olunurlar. Pipistrellus kuhlii sıxlığı çox olan Kür-Araz ovalığının bəzi məntəqələrində onlar bir gecədə 7,5 kq müxtəlif həşərat yeyirlər, bunu onların bütün aktiv olduqları dövr (8 ay) üçün hesablasaq bu rəqəm 1,8–2,4 ton edir. Lənkəran düzənliyində Pipistrellus kuhlii və Pipistrellus pipistrellus sıxlığı bir kv. km-də 1000 fərddən artıq olduğu məntəqələrdə onlar bir gecədə 30 kq qədər həşərat kütləsini məhv edir, onların bütün aktiv dövrlərində bu rəqəm 7 tona çatır. Həmin həşəratların 70 %-i bitkiyeyən və qansoran növlərdir.

İnsanlarla əlaqələri

[redaktə | mənbəni redaktə et]

Bat Conservation International kimi qurumların[3] hədəfi yarasaların ekologiyada rolları və onlara mühitdən gələn təhlükələri haqqında hassaslığı qaldırmaqdır. Britaniyada bütün yarasalar qanunvericilik tərəfindən canlı təbiət və kənd yeri aktın atlında olaraq qorulur. Beləliklə, bir yarasana və ya yarasa yuvasına narahatlıq yaradan cərimələnə bilər.[4] Malaziyanın Saravak ştatında bütün yarasalar 1998-ci ilin Canlı Təbiət Qoruması Fərmanı altında qorunur.[5] Halbuki, saçsız yarasa (Cheiromeles torquatus) kimi növlər hələ də yerli cəmiyyətlər tərəfindən yeyilir.[6] Müasir tarixdə insan fəaliyyatı nəticəsində bir sıra yarasa növünün nəsili kəsilmiş. Məsələn, Pipistrellus murrayi növünün nəsili kəsilməsi haqqında 2009-cu ildə elan olunub.[7]

İnsanlar bəzən yarasaları salırmaq üçün yarasa evləri qururlar.[8]

Asiya və Sakit okeanın ətrafında yarasalar qida kimi istifadə olunur. Quam kimi yerlərdə yemək üçün ovlanan uçan tülkülərdə nəsli kəsilməyinin təhlükəsi yazaradılıb.[9]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
Fransisko Qoya, İdrakın yatması monstr yaradır, 1797

Bir sıra mədəniyyətlərdə, o cümlədə Avropa mədəniyyətlərində yarasalar ölüm, cadugarlıq və şərlik ilə əlaqəndirilir.[10] Kriklər, çerokilərapaçilər kimi yerli amerikalılar arasında yarasa trikster ruhu sayılır. Tanzaniyada yaşayan Popobava xalqı yarasaya oxşar qanadlı, formasını dəyişən, qurbanlarına hücum edib, onlara sadomiya eləyən şər ruha inanır.[11] Asteklərin mifologiyasında yarasalar ölüm, məhv və çürümə torpağının rəmzi idi.[12][13][14]

Bəzi mədəniyyətlərdə yarasaların müsbət təsviri də var. Məsələn, Çində yarasaların xoşbəxtlik, sevinc və uğurnan ünsiyyəti var. Beş yarasa beş neməti təsvir edir: uzunömürlük, varlıq, sağlamlıq, kəramətlilik və sülhlü ölümü.[15]

İqtisadiyyatda

[redaktə | mənbəni redaktə et]

Həşəratyeyən yarasalar fermerlər üçün pestisidlərdə lazımı azaltdığına görə xüsusilə faydalıdılar. Hesab olunub ki, yarasalar ABŞ kənd təsərrüfatı üçün 3,7 və 53 milyard $ saxlayır. Bu həmçinin ekologiyaya zərər verən və həşəratların gələn nəsillərində müqavimət yarada bilən pestisislərin həttən artıq işlənməsinin qarşısını alır.[16]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Wilson D. E., Reeder D. M. Class Mammalia Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 56–60. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. "Mission & Vision". Bat Conservation International. 4 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2017.
  4. "Bats and the Law". Bat Conservation Trust. 31 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 November 2017.
  5. "Wildlife Protection Ordinance 1998" (PDF). FAO. 17 November 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 November 2017.
  6. Leong, T. M.; Teo, S. C.; Lim, K. K. P. "The Naked Bulldog Bat, Cheiromeles torquatus in Singapore — past and present records, with highlights on its unique morphology (Microchiroptera: Molossidae)". Nature in Singapore. 2. 2009: 215–230.
  7. Ceballos, G.; Ehrlich, A. H.; Ehrlich, P. R. The Annihilation of Nature: Human Extinction of Birds and Mammals. Johns Hopkins University Press. 2015. 75–76. ISBN 978-1421417189.
  8. "All about bats". Bat Conservation International. 24 January 2002. 23 June 2013 tarixində orijinalından arxivləşdirilib.
  9. Hopkins, J.; Bourdain, A. Extreme Cuisine: The Weird & Wonderful Foods that People Eat. Periplus. 2004. səh. 51. ISBN 978-0-7946-0255-0. 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-21.
  10. Chwalkowski, F. Symbols in Arts, Religion and Culture: The Soul of Nature. Cambridge Scholars Publishing. 2016. səh. 523. ISBN 978-1443857284.
  11. Saleh, A. "Sex-mad 'ghost' scares Zanzibaris". BBC News. 19 July 2001. 13 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 December 2014.
  12. "Aztec Symbols". Aztec-history.net. 15 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2013.
  13. Read, K. A.; Gonzalez, J. J. Mesoamerican Mythology. Oxford University Press. 2000. 132–134. ISBN 978-0195149098.
  14. "Artists Inspired by Oaxaca Folklore Myths and Legends". Oaxacanwoodcarving.com. 10 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2013.
  15. "Chinese symbols" (PDF). British Museum. 24 May 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 September 2017.
  16. Boyles, Justin G.; Cryan, Paul M.; McCracken, Gary F.; Kunz, Thomas H. "Economic Importance of Bats in Agriculture". Science. 332 (6025). 2011: 41–42. Bibcode:2011Sci...332...41B. doi:10.1126/science.1201366. ISSN 0036-8075. PMID 21454775.