Pedrarias Davila və ya Pedro Arias de Avila (isp. Pedrarias Dávila; 1443, Seqoviya, Kastiliya və Leon – 6 mart 1531[1][2]) — Amerikada ilk Avropa koloniyalarını idarə edən İspaniya konkistadoru.
Pedrarias Davila | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1443 |
Doğum yeri |
|
Vəfat tarixi | 6 mart 1531[1][2] |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], siyasətçi, hərbi qulluqçu, konkistador |
Hərbi xidmət | |
Qoşun növü | piyada |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Konkistador Xil Davilanın əmisi oğludur. 1514-cü ildə 19 gəmi və 1,500 əsgərlə İspaniyadan yola düşdü. O, 12 il Panamada, daha 4 il isə Nikaraquada qubernator olmuşdur. 1519-cu ildə rəqibi Nunyes de Balboanı edam etdirmiş və Panama şəhərinin əsasını qoymuşdur. 1524-cü ildə İnk imperiyasını fəth etmək üçün Pisarronu göndərmişdir. Onun kürəkəni Ernando de Soto Luiziana və Texası kəşf edən və Missisipiyə çatan ilk avropalı idi. O, Panamanın əsasını qoyaraq Cənubi Amerikanın qərb sahillərinin kəşfi və daha sonra Perunun fəth edilməsinin əsasını qoymuşdur.[3]