Pedro Madruqa (d. 1430, Pontevedra — ö. 1486, Alba de Tormes) və ya əsl adı ilə Pedro Alvares de Sotomayor[1] — orta əsrlərdə yaşamış Qalisiya feodal cəngavəri, Kaminya kontu.
Pedro Madruqa | |
---|---|
Pedro Alvares de Sotomayor | |
| |
Doğum tarixi | |
Doğum yeri | Pontevedra, Qalisiya |
Vəfat tarixi | |
Vəfat yeri | Alba de Tormes, Salamanka |
Atası | Fernan Yanez de Sotomayor |
Anası | Konstança Qonçalves |
Milliyyəti | qalisiyalı |
Fernan Yanezin Ribadaviya Kontesin bacısı ilə yaşadığı gizli münasibətlərdən sonra anadan olmuşdur. Çox gənc yaşlarında İspaniyanı tərk etmişdir. Atasının ölümündən sonra yeganə varis kimi onun torpaqlarına, qalalarına sahib olmuşdur.
Əvvəlcə ancaq Sotomayor ailəsinin mülkiyyətinə sahib idi. Kastiliya kralı IV Henrinin dövründə (1455-1474) həm güc yolu ilə, həm də ticarət yolu ilə var-dövlətini artırmışdır.
1467-cı ildə Pontevedra, Viqo və Redondela şəhərlərində IV Henrinin əmrlərini yerinə yetirməyə başlamışdır. Burada Santyaqo yepiskopu II Alonso Fonseka ilə münaqişə yaşamışdır. Tui şəhərində də öz səlahiyyətlərindən istifadə etmək istəməsi kilsə ilə olan münasibətlərini daha da pisləşdirmişdir. Daha sonra Tui və Bayona baronu olmuşdur.
Böyük İrmandinya üsyanında dostu Portuqaliya kralı V Alfonsonun ölkəsinə qaçmışdır. II Alonso Fonseka ilə birlikdə üsyançılara qarşı Portuqaliyadan hücum başlatmışdır. 1470-ci ildə Pedro Madruqa, Fonseka və Xuan Pimentel 3 istiqamətdə hücum edərək Qalisiyadakı üsyanı yatırmışdırlar. Bu hadisədən sonra Madruqanın nüfuzu artmış və torpaqlarını genişləndirmək imkanı yaxalamışdır. 1475-ci ildə Portuqaliya kralının dəstəyi ilə ölkədəki bütün feodal gücü əlinə almışdır.
1486-cı ildə ölmüşdür.