Pédro Valdemár Manfredini (isp. Pedro Waldemar Manfredini; 7 sentyabr 1935[1][2] – 21 yanvar 2019[3], Roma) — Argentinalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. 1961-ci ildə "Roma" klubu ilə Yarmarkalar kubokunun qalibi olub.
Pedro Manfredini | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 1935[1][2] |
Vəfat tarixi | 21 yanvar 2019[3] (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Boyu | 174 sm |
Çəkisi | 72 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Manfredini karyerasına Avelyanedanın "Rasinq" klubunda başlayıb. Burada meydanda olduğu 39 matçda 28 qol vurur.
1959-cu ildə yeddi mövsüm keçirdiyi İtaliyanın "Roma" komandasına keçir. "Roma"da oynayan zaman 1962/63 mövsümündə A Seriyasının bombardiri olub (Harald Nilsen) ilə birlikdə 19 qol vurur) və 1963/64 mövsümündə İtaliya Kubokunu qazanır. "Roma" da 130 oyun keçirib və 76 qol vurub.
1965-ci ildə "Breşiya" klubuna keçir. "Breşiya"da bir mövsum keçirdikdən sonra "Venesiya" klubuna keçir. "Venesiya"da iki mövsum keçirir və karyerasını orada bitirir. Daha sonra İtaliyada məşqçi kimi çalışır.[4]