Pekinez iti

Özündən çox böyük itlərə meydan oxuyacaq qədər cəsur olması ilə məşhur olan Pekinez itinin vətəni Çin sayılır. Keçmişdə təkcə Çinin kral saraylarında saxlanılan bu it kürkünün formasına görə "Çin aslanı" adlandırılıb və o pis ruhları qovan varlıq kimi qəbul edildiyi üçün xalq onu salamlayaraq qarşısından keçirdi.

Özünü təhlükəyə atacaq qədər cəsurdur. Təzad təşkil etsə də sərbəstliyinə və sahibinə çox bağlıdır və onu çox qısqanır. Yad insanlara qarşı məsafə saxlayır, uşaqları isə çox sevir. Kobud rəftardan heç xoşu gəlmir, dişləyə bilər. İstədiyini etdirəcək qədər inadkardır.