Pennzoil — 2002-ci ildə Royal Dutch Shell tərəfindən alınmış ABŞ neft şirkəti. Şirkətin baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşir.
Pennzoyl | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | neft sənayesi[d] |
Məhsulu | mühərrik yağları |
Təsis tarixi | 1963 |
Baş qərargahın yeri | |
pennzoil.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1889-cu ildə Pensilvaniyada Con Rokfellerə məxsus Standard Oil-in törəmə şirkəti olan South Pen Oil Co. tərəfindən kommersiya neft hasilatına başladı. 1960-cı ildə South Pen şirkəti Penn's neft şirkətinə çevrildi və artıq 1963-cü ildə şirkətin adı Pennzoil olaraq dəyişdirildi[1]. 70-ci illərdə şirkətin baş ofisi Pensilvaniyadan Texas ştatının Hyuston şəhərinə köçürüldü.
XX əsrin 70–90-cı illərində şirkət ənənəvi olaraq satış həcminə görə müxtəlif növ sürtkü yağları istehsal edən qlobal şirkətlər arasında lider mövqe tutdu. Şirkət həmçinin benzin istehsal edirdi və şirkətin 1989-cu ilə qədər Birləşmiş Ştatlarda yüzdən çox yanacaqdoldurma məntəqəsi var idi. 1990-cı ildə şirkət, həmçinin sürtkü yağları bazarında ixtisaslaşan və geniş pərakəndə satış məntəqələri və avtomobil təmiri sexləri şəbəkəsinə malik olan Jiffy Lube-un aktivlərini satın aldı. 1998-ci ildə Pennzoil və Quaker State adlı iki şirkətin birləşməsi zamanı 2002-ci ildə Royal Dutch Shell tərəfindən satın alınan yeni Pennzoil-Quaker State şirkəti yarandı[2].
Pennzoil şirkəti Xəzər dənizinin şelfinin Azərbaycan sektorundakı neft yataqlarının perspektiv işlənməsində iştirak etmək arzusunu bildirən ilk xarici şirkətlərdən biri olmuşdur. "Azəri–Çıraq–Günəşli" neft yataqlarının mənimsənilməsi və işlənməsi üzrə müqavilənin şərtlərinə görə, şirkət yataqların işlənməsinə 726 milyon ABŞ dolları (9,81%) investisiya etməli idi və bunda şirkətin mənfəət payı layihə 2,46% təşkil etmişdir. 1999-cu ildə şirkət bu layihədəki payını Yaponiyanın Itochu şirkətinə satmışdır[3].