Pensilvaniya göyrüşü

Pensilvaniya göyrüşü (lat. Fraxinus pennsylvanica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin göyrüş cinsinə aid bitki növü.

Pensilvaniya göyrüşü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şimali Amerikadır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

200 m hündürlükdə nəhəng ağacdır. İri budaqları çılpaqdır. Yarpaqcıqları neştərvari və ya uzunsov, üstü tünd yaşıl, parlaq, çılpaqdır. Alt səthi açıq yaşıl, azca tükcüklüdür. Yarpaqcıqları 2-5 sm uzunluqda, 3,5 mm enindədir. Aprel-may aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumla çoxalır.

Bu növ quraqlığa və soyuğa davamlı, işıqsevəndir. Göyrüşün digər növlərinə nisbətən torpağın məhsuldarlığına az tələbkar və əlverişsiz şəhər şəraitinə daha davamlıdır. Zərərverici həşəratlardan digər növlərə nisbətən az əziyyət çəkir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda təbii halda yayılmışdır.

Düz gövdəsi, enli-piramidal çətiri, parlaq, tünd yaşıl yarpaqları ilə çox dekorativdir. Yaşıllaşdırmada, park və bağların salınmasında istifadəsi mümkündür.

  1. Arbustrum Americanum (ing.). P. 51.