Pensilvaniya meşəgilası

Pensilvaniya meşəgilası (lat. Prunus pensylvanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Pensilvaniya meşəgilası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Prunus pensylvanica L.f.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada geniş arealı əhatə edir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 8 m, ensiz-yumurtavari çətirli, çox vaxt kolvari böyüyən ağacdır. Zoğları qırmızımtıl-qonur, parlaq, elastik, yarpaqları lansetvari parlaqdır. Çiçəkləri azsaylı salxımlarda yerləşir. Meyvələri qırmızı və ya qaradır. Mayın axırlarında çiçəkləyir, meyvələri avqustda yetişir. Tez böyüyür. Toxumlarla və kök zoğları ilə çoxaldılır. Dekorativ olub, uzun ömürlülüyü 30-40 ildir.

Kölgəyə davamlı, torpağın məhsuldarlığına tələbkar, qışa, duza, toza, qaza və quraqlığa yüksək davamlıdır, xəstlik və zərərvericilərə zəifyoluxur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

Park əkinlərində düz günəş işığından əziyyət çəkən kollara kölgə yaratmaq üçün istifadəsi tövsiyə olunur. Çiçəkləmə və meyvəvermə dövründə, gövdəsinin qonur, ətirli qabığı, şəffaf çətiri və açıq sarı, payız yarpaqları ilə dekorativdir.