Pera Plaza — İstanbulun Bəyoğlu ilçəsində yerləşən muzey və otel. Otelin tikintisi 1892-ci ildə başlanıb 1895-ci ildə isə bitib.
Pera Plaza | |
---|---|
Pera Palas | |
Ümumi məlumatlar | |
Növü | otel |
Memarlıq üslubu | modern |
Yerləşmə | Bəyoğlu, İstanbul |
Ölkə | Türkiyə |
Koordinatlar | 41°01′51″ şm. e. 28°58′24″ ş. u. |
Tikintisinin başlaması | 1892 |
Tamamlanıb | 1895 |
Veb-sayt | |
perapalas.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Otel Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır.
Bərpa üçün 2006-cı ildə bağlanıb 1 sentyabr 2010-cu ildə yenidən istifadəyə verilmişdir.[1]
Pera Plazanın tarixi 19-cu əsrin sonunda başlamışdır. Şərq ekspresi 1888-ci ildən etibarən Paris-İstanbul səfərlərinə başladı. Sərnişinlərin İstanbulda qala biləcəyi yüksək səviyyəli otel yox idi. Bu səbəbdən Pera Plazanın tikintisinə başlandı. Otelin tikintisi 1892-ci ildə başlayıb 1895-ci ildə bitdi.
Otel İstanbulda yerləşən ən möhtəşəm binalardan biri idi. Beləki, ilk elektrikli lift və ilk axar isti su burada idi.
1917-ci ildən etibarən otelin qonaqlarından biri Mustafa Kamal Atatürk idi. Atatürk otelin 101 nömrəli otağında qalırdı. O burada döyüşlərin strategiyalarını qurur və vacib qonaqlarını qəbul edirdi. Həmin otaq 1981-ci ildə — Atatürkün 100-cü ildönümündə muzey otağa çevrildi.
Atatürkün ən çox sevdiyi rəng olan, digər bütün evlərində və adını daşıyan muzey-evlərdə istifadə olunan gündoğuşu rəngi, "sübh" çəhrayısı ilə yenilənən 101 nömrəli otaqda otelin bərpasından bəri Atatürkün kitabları, imzalı şəkil və açıqcaları, medalları və dövrün jurnalları yerləşir.
Otelin istifadə haqqları 1 dekabr 2012-ci ildə Demsa Group-a təhvil verilmişdir.
Pera Plaza otelinin memarı levantili Aleksandr Vollaridir. Volli İstanbulda yerləşən Osmanlı Bankının və Arxeologiya Muzeyinin də memarıdır. Otelin tikintisində modern, neoklassik və oriantal memarlıq üslublarından istifadə edilmişdir. Planında və xarici görünüşündə neoklassik üslüb daha qabarıqdır.[2]
Otel 46 x 28 metr sahəli dördbucaqlı formasındadır. İkisi zirzəmi olan ümumilikdə doqquz mərtəbədən ibarətdir. Girişdə böyük salon olaraq qurulmuş yer - Qübbəli salonu binanın əsas mərkəzidir.
Modern üslub əsasən oteldə yerləşən İstanbulun ilk elektrikli liftinin yanındakı nərdivanlarda istifadə edilmişdir. Mərkəzdəki Qübbəli salonu isə oriantal üslubun ən çox istifadə olunduğu hissədir. Digər hissələrdəki neoklassik üslub otelin görünüşünə töhfə verir.
Bu tarixi tikilinin bərpa layihəsi Tarixi Əsərləri Qoruma və Qiymətləndirmə memarlıq firması tərəfindən hazırlandı. Otelin daxili dizaynını Metex Dizayn Qrupu öz üzərinə götürdü. Layihə xüsusi komanda tərəfindən həyata keçirildi.
Otelin bərpası iki formada aparılırdı. Bir tərəfdən binanın memarlıq üslublarına əsasən tarixi dəyişikliklər edilir, digər tərəfdən otelin beynəlxalq standartlara uyğun olması üçün lazımlı infrastruktur hazırlandırdı. Bununla da otelin infrastrukturunda əsaslı dəyişikliklər oldu.
Layihədə həm otelin tarixiliyinin qorunması, həm də müasirliyinin artırılması nəzərdə tutulurdu. Bərpa zamanı oteldəki liftin texniki infrastrukturu qorundu. Lakin bəzi yeniliklər də əlavə edildi. Otelin orijinal olmayan bəzi rəngləri təmizləndi və tikilinin ilk formasına uyğun vəziyyətə gətirildi. Bərada edilən dəyişikliklərdən biri də, 380 m² sahəsində Spa qurulması idi. Otelin ən böyük salonu olan Qalata da yeniləndi.
Türkiyənin Avropa standartlarında tikilmiş ilk oteli Pera Plazanın 16 suiti, 115 otağı mövcuddur. Gecələmə otaqlarından başqa oteldə fitnes zalı, qapalı hovuz, sauna və buxar otağı kimi digər xidmətlər də mövcuddur. Otelin gün işığı düşən, yuxarı tavanlı tarixi salonları isə tədbir, toy mərasimləri və iclaslar üçün istifadə olunur.
Pera Plaza oteli bir vaxtlar İstanbulun kiçik Avropası olaraq tanınan Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Otel Taksim meydanından piyada məsafədə, tarixi Yarımadadan 5 km və Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır.
Türkiyə Respublikasının qurucusu, Pera Plazanın ən dəyərli qonağı Mustafa Kamal Atatürk oteldə ilk dəfə 1917-ci ildə qalmışdır. Atatürk bu ildən sonra müharibə və sülh vaxtlarında dəfələrlə oteldə qaldı. Müharibə vaxtı evi kimi çox qaldığı, ölkə barədə vacib qərarlar aldığı və qonaqlarını qarşıladığı 101 nömrəli otaq 100 illiyində — 1981-ci ildə Atatürkün şəxsi əşyalarının da sərgiləndiyi muzey otağa çevrildi.
Atatürkün papaq, ayaqqabı və eynək kimi şəxsi əşyaları olan bu otaq qonaqların üzünə açıqdır. Muzey otağı hər gün 11:00-12:00 və 15:00-16:00 saatları aralığında ziyarət edilə bilər.
Dünyanın ən məşhur roman yazıçılarından olan Aqata Kristi 1926-1932-ci illər aralığında bir neçə dəfə Pera Plazada qalmışdır. Ən məşhur romanlarından olan "Şərq ekspresində qətl"i 411 nömrəli otaqda yazdığı deyilir. Oteldə itirdiyi gündəliyi indiyədək tapılmamışdır. Antik mebellərlə qara və tünd qırmızı rəngdə döşənən otaqda Aqata Kristinin müxtəlif dillərdəki kitabları yerləşir.