Perdikka (q.yun. Περδικκας; e.ə. 365 – e.ə. 321, Misir) – Makedoniyalı İsgəndərin dostu və silahdaşı, İsgəndərin ölümündən sonra (e.ə.323-cü il) regent, diadoxlardan (sələflərdən) biri, Atropatena dövlətinin banisi Atropatın kürəkəni.
Perdikka | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 365 |
Doğum yeri | Orestida |
Vəfat tarixi | e.ə. 321 |
Vəfat yeri | Misir |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Atropatena dövlətinin banisi Atropatın kürəkəni |
Hərbi fəaliyyəti | |
Rütbəsi | sərkərdə |
Perdikka təx.e.ə. 360-cı ildə Yuxarı Makedoniya dağlıq bölgəsində Orestidada zadəgan ailəsində anadan olub. [1] Onun Alketa adlı qardaşı və Atalanta adlı bacısı var idi [2] Perdikkanın adı ilk dəfə hökmdar II Filippin cangüdəni - somatofilak - kimi çəkilir. Sicilialı Diodorun məlumatına görə, Perdikka e.ə. 336-cı ildə baş verən II Filippin Pavsani tərəfindən öldürüməsinin şahidi olub, digər somatofilaklar Leonnat və Attal ilə Pavsanini təqib edib və nizə ilə onu öldürüb. E.ə.335-ci ildə artıq Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə İlliriyada Klitə və Qlavkiyə qarşı kampaniyada Perdikka orestidalılara və linkestidalılara başçılıq edirdi.[2] Həmin ildə Fiv şəhərinin mühasirəsində iştirak edirdi. Bu mühasirə haqda Arrian və Siciliyalı Diodor bir qədər fərqli məlumat verirlər. İsgəndər hakimiyyətə gəldikdə Perdikkaya əvvəl falanqanın bir hissəsinə, sonra isə süvarilərə komandanlıq tapşırmışdı. Perdikka Makedoniyalı İsgəndərin bütün yürüşlərində və döyüşlərində iştirak edib. İsgəndər onun ağlını, şücaətini və sədaqətini yüksək qiymətləndirirdi. Perdikkaya olan münasibət İsgəndərin ona ölüm ayağında olarkən öz möhürlü üzüyünü verməyində bilindi. E.ə. 324-cü ildə Suzada keçirilən kütləvi toy mərasimində Perdikka Midiya satrapı Atropatın qızı ilə izdivac qurub.[3] Beləliklə, e.ə.323-cü ildə İsgəndərin ölümündən sonra Perdikka əvvəl onun dünyaya gələcək övladının regenti, sonra isə Meleaqrla birgə İsgəndərin qardaşı Filipp Arrideyin regenti təyin olundu. Lakin digər makedoniyalı sərkərdələr Perdikkaya nifrətlə yanaşırdılar. E.ə.322-ci ildə Perdikka Kappadokiyaya hücum etdi, ölkəni zəbt etdi. Eyni zamanda bütün makedoniyalı sərkərdələr Perdikkanın tabeliyindən çıxmağa başladılar. E.ə. 321-ci ildə Perdikka Misirə I Ptolemeyə qarşı hərbi yürüşə başladı. Bu yürüş zamanı orduda narazılıq başladı. Pifon, Selevk və Antiqon birləşib Perdikkanı qətlə yetirdilər.[4]