Perikraton çökəlmə

Perikraton çökəlmə – platformanın, onunla həmyaş geosinklinal vilayətin sərhədi boyu bir neçə geoloji dövr ərzində mövcud olmuş və qalın çökmə süxur seriyası ilə dolmuş uzunmüddətli çökəlmə zonası. Xainə görə (1964), perikraton çökəlmə bünövrə yatımının kəskin gömülmüş va daha cavan çöküntülər inkişaf etmiş (çökmə örtüyü) enli (1000 km-dək) zolağı. Qalxan və plitələrdən sonra bünövrənin üçüncü pilləsini təşkil edən bu zolaqlar, adətən plitələrdən bünövrə yarıqları sistemi ilə ayrılır. Kənar çökəklər perikraton çökəlmə xarici hissəsində təşəkkül tapır və çox vaxt birincilərin alt struktur mərtəbəsini təşkil edir.  

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.