Peristera

Şamdangülü (lat. Pelargonium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi.

Şamdangülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çox vaxt mürəkkəb hibrid mənşəli növ olan zonal şamdangülündən (P.zonale) istifadə edirlər. Bu yaşıl zoğlu, yumru, qırmızı zolaqlı, sallaq yarpaqları olan iri bitkidir. Müxtəlif rəngli çiçəkləri çətir-hamaşçiçəyinə yığılmışdır. Gülçülükdə dişli yarpaqlı və ikirəngli çiçəkləri olan kraliçə şamdangülü (P.domesticum), ətirli yarpaqları olan ətirli şamdangülü (P.fragrans) və sallaq zoğlu, çəhrayı çiçəkləri olan sarmaşıqyarpaqlı şamdangülündən (P.Peltatum) geniş istifadə olunur. Çox vaxt şamdangülünü qələmlə çoxaldırlar. Bu dövrdə bitkinin çox zoğ verməsi üçün təpə tumurcuğu kəsilir. Qələmləri əkməzdən əvvəl 1-2 saat qurudulur və kölgəli yerdə əkilir. Şamdangülünü çox vaxt dibçək gülü kimi becərilir, yayda açıq sahəyə köçürürlər.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Anisopetala Walp.
  • Campylia Lindl. ex Sweet
  • Chorisma Lindl. ex Sweet
  • Ciconium Sweet
  • Corthumia Rchb.
  • Cortusina Eckl. & Zeyh.
  • Cynosbata Rchb.
  • Dibrachya Eckl. & Zeyh.
  • Dimacria Lindl.
  • Eumorpha Eckl. & Zeyh.
  • Geraniospermum Siegesb. ex Kuntze
  • Grenvillea Sweet
  • Hoarea Sweet
  • Isopetalum Sweet
  • Jenkinsonia Sweet
  • Ligularia Eckl. & Zeyh.
  • Myrrhidium Eckl. & Zeyh.
  • Otidia Lindl. ex Sweet
  • Pelargonion St.-Lag.
  • Peristera Eckl. & Zeyh.
  • Phymatanthus Sweet
  • Polyactium Eckl. & Zeyh.
  • Polyschisma Turcz.
  • Scolopacium Eckl. & Zeyh.
  • Seymouria Sweet