Persea gigantea

Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü.

Amerika perseyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir. Son illər beynəlxalq bazarda çəyirdəksiz mini-avakado da olur. Bir meyvənin kütləsi 150 qr-119-dan 1 kq-a qədərdir. Orta ölçüsü 10-15 sm diametrində, 400 qr kütlədə olur. Sortlarından Fuerte, Hass, Fortuna, Nabal, Bacon, Tonnage, Lulla və s.

Elmi araşdırmalar beta-karotin, askorbin turşusu və alfa-tokoferol kimi antioksidantların sərbəst radikalların səbəb olduğu oksidləri zərərsizləşdirdiyini, həmçinin sərbəst radikalların xəstəlik və yaşlanma təsirini azaltdığını göstərmişdir. Eyni zamanda E və C vitaminləri də sərbəst radikalların dağıdıcı təsirini azaldır. Kök, pomidor, brokkoli, kələm, kərəviz, çiyələk, böyürtkən, itburnu, kivi, gavalı kimi bir çox meyvə və tərəvəzdə olan antioksidantlar sərbəst radikalların mənfi təsirini böyük ölçüdə azaldır. Ancaq bu qidalardakı antioksidantlar mitoxondrinin içinə girmirlər. Buna görə də sərbəst radikallar mitoxondriyə zərər verməyə davam edir, enerji hasilatını dayandırır və hüceyrənin ölməsinə səbəb olur. Bu, neft sızması zamanı sadəcə neftin yayıldığı ərazinin təmizlənib, sızıntıya səbəb olan qaynağın qarşısının alınmamasına, nəticə etibarı ilə neftin sızmağa davam edərək balıqların ölümünə səbəb olmasına bənzəyir. Ancaq aparılan təcrübələr avokado yağının mitoxondridəki sərbəst radikallara qarşı qoruyucu təsirinin olduğunu ortaya çıxarıb. Avokado yağında sərbəst radikallara qarşı dözümlülük göstərən xüsusi quruluş, eyni zamanda oksidləşmənin qarşısını alan piqmentlər var.

Avokadonun tərkibindəki vitaminlər hüceyrə yeniləyici xüsusiyyətlərə sahib olduğundan yaşlılığın gecikməsi üçün istifadə olunur, dərini qidalandırır və qoruyur. Qeyd etdiyimiz kimi, qidalar bədənimizdə enerjiyə çevrilən zaman oksidant adlanan bəzi maddələr ortaya çıxır. Avokado yağı tərkibindəki çoxsaylı antioksidantlar sayəsində zərərli maddələrin mənfi təsirinin qarşısını alır, hüceyrələri yeniləyir, toxuma və orqanların yaşlanmasını gecikdirir. Bu yağ bədənimizdəki hüceyrələrə zərər verən və onları yaşlandıran sərbəst radikalları tərkibindəki zəngin E vitamini ilə zərərsizləşdirir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Laurus persea L.
  • Persea edulis Raf.
  • Persea persea (L.) Cockerell

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Laurus indica Sieber ex Nees
  • Persea americana var. angustifolia Miranda
  • Persea americana var. aztec Popenoe
  • Persea americana var. drimyfolia (Cham. & Schltdl.) S.F.Blake
  • Persea americana var. floccosa (Mez) Scora
  • Persea americana var. guatemalensis (L.O.Williams) Scora
  • Persea americana var. leiogyna (S.F.Blake) H.P.Kelsey & Dayton
  • Persea americana var. nubigena (L.O.Williams) L.E.Kopp
  • Persea americana var. steyermarkii (C.K.Allen) Scora
  • Persea americana var. tolimanensis (Zentmyer & Schieber) Scora
  • Persea americana var. toltec Popenoe
  • Persea americana var. zentmyeri (Schieber & B.Bergh) Scora
  • Persea drimyfolia Schltdl. & Cham.
  • Persea floccosa Mez
  • Persea gigantea L.O.Williams
  • Persea gratissima C.F.Gaertn.
  • Persea gratissima var. drimyfolia (Cham. & Schltdl.) Mez
  • Persea gratissima var. macrophylla Meisn.
  • Persea gratissima var. melanocarpa Phil.
  • Persea gratissima var. oblonga Meisn.
  • Persea gratissima var. praecox Nees
  • Persea gratissima var. vulgaris Meisn.
  • Persea leiogyna S.F.Blake
  • Persea macrocarpa Raf.
  • Persea nubigena L.O.Williams
  • Persea nubigena var. guatemalensis L.O.Williams
  • Persea paucitriplinervia Lundell
  • Persea praecox Poepp. ex Nees
  • Persea steyermarkii C.K.Allen
  • Persea sylvestris A.Rich.
  • Persea tolimanensis Zentmyer & Schieber
  • Persea zentmyeri Schieber & B.Bergh