Pesketarianlıq

Suşi növü

Pesketarian (həmçinin, peskatarian) — balıq əti və dəniz məhsullarından başqa ət yeməyən insan. Yarı-vegetarian qrupuna aid edilirlər.[1]

Pesketarian termini 1990-cı illərdə meydana gəlmiş və iki sözün birləşməsi ilə (it. pesce — balıq və ing. vegetarian) yaranmışdır.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Bəzi insanlar vegetarianlar kimi etik səbəblərdən pasketarian olurlar. Bir çox alim belə hesab edir ki, balıqlar ağrını hiss etmirlər. Etik cəhətdən yanaşan pesketarianların çoxu bu fikrə əsasən vegetarian olmurlar, lakin balıqların ağrını hiss edib etməməsi mübahisəli məsələ olaraq qalmaqdadır.

Digər bir qrup insanlar isə pesketarianlığı vegetarianlığa keçid mərhələsi kimi qəbul edirlər.

Vegetarianlıq, veqanlıq və pesketarianlıq

[redaktə | mənbəni redaktə et]

Pesketarianlar bəzən vegetarian və ya Pesco-vegetarian kimi təqdim olunurlar, lakin vegetarianlar özləri onları birmənalı qəbul etmirlər. Çünki vegetarianlıqda ətin hər-hansı bir şəkildə istifadəsinə yol verilmir. Misal olaraq, Vegetarian Cəmiyyəti pesketarianları vegetarian olaraq hesab etmədiklərini elan etmişdilər.[3]

Vegetarinlar və pesketarianlar süd, pendir, yumurta kimi heyvanlardan əldə edilən məhsulları istifadə etməyə tam şəkildə məhdudiyyət qoymurlar. Veqanlar isə ət, ət məhsulları, bal, heyan dərisindən əldə edilən məmulatlar və s. istifadə etməməklə digər iki qrupdan fərqlənirlər.

Tanınmış pesketarianlar

[redaktə | mənbəni redaktə et]
  1. "Semi-Vegetarian - Vegetarianism". 2017-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-01.
  2. "İngilis dilinin Oksford lüğəti". 2016-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-01.
  3. "Vegetarian Cəmiyyəti rəsmi saytı". 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]