Bricit Bardo

Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[2][3][…], XV arondisman, Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi.[4]

Bricit Bardo
fr. Brigitte Bardot
Brijitt Bardot (1962).
Brijitt Bardot (1962).
Doğum adı Brigitte Anne-Marie Bardot
Doğum tarixi (90 yaş)
Doğum yeri Paris, Fransa [1]
Vətəndaşlığı Fransa Fransa
Uşağı Nikola Jak Şare
Partnyorları
Atası Lui Pilou Bardot
Anası Anna Mariya
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1952-1973
Təhsili
Boyu 170 sm
Mükafatları "David di Donatello" (1961)
IMDb ID0000003
{{{imzanın izahı}}}
brigitte-bardot.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr. Et Dieu... créa la femme) mübahisəli filmində oynadı və bu film Bardota beynəlxalq şöhrət qazandırdı. Daha sonra 1963-cü ildə o, Jan-Lük Qodarın "Nifrət" (fr. Le Mépris) filmində oynadığı rolu ilə də çox böyük uğura imza atdı. Bardo Lui Mallenin 1965-ci ildə çəkdiyi filmi "Viva, Mariya!" dakı rolu ilə ən yaxşı baş rol qadın aktrisası kimi "BAFTA" mükafatına namizəd oldu və fransız intellektual təbəqənin də diqqətini çəkməyi bacardı. O, eyni zamanda Simona de Bovuarın 1959-cu ildəki "Lolita sindromu" adlı məqaləsinə mövzu oldu. Bu məqalədə Bovuar Bardonu "qadın tarixinin lokomotivi" kimi xarakterizə etdi və onu İkinci Dünya müharibəsi sonra Fransanın "ilk və ən azad qadını" elan etdi.

Bardot əyləncə sənayesindən təqaüdə çıxdı. Onun 1973-cü ildə çəkildiyi sonuncu film "Don Juan 73" olmuşdur və ondan sonra kinodan getdi. O, şou dünyasındakı karyerası ərzində 47 filmdə baş rol ifaçısı oldu və eyni zamanda 80 mahnı yazdırdı. 1985-ci ildə "Fəxri Legion" ordeni ilə mükafatlandırıldı, lakin Bardo bu mükafatı almaqdan imtina etdi.[5] Təqaüddən sonra o, özünü heyvan hüquqlarını qorumağa həsr etdi. Bardo 1990-cı ildə miqrasiya, Fransada müsəlmanlıq, irqçilik və homoseksualizm kimi mövzularda siyasi düşüncələri ilə sözünü deməyə çəkinməyən bir qadın kimi tanındı.

B. Bardo, 2002-ci il

B. Bardo 1934-cü il sentyabrın 28-də Parisdə burjuaziya sinfinə məxsus bir ailədə dünyaya gəlib. Atası Lui Pilou Bardot mühəndis idi, həmçinin atası Çarlz Bardotdan ona qalan Bardot fabriklərinin sahibi idi.[6] Anası Anna Mariya isə evdar xanım idi və əri Lui Pilou Bardotdan 16 yaş balaca idi. Onlar 1933-cü ildə evlənmişdilər. Bardot katolik ailəsində böyümüşdü.[7] Məşhurun anası Anna-Mariya onu və bacısı Mariya-Jannanı (doğum 5 may 1938-ci il) gənc yaşdan etibarən rəqsə yönləndirdi və onlar anasının istəyi ilə rəqslə məşğul oldular. Aktrisanın bacısı bir müddət sonra rəqs dərslərindən imtina etdi və elmə daha çox vaxt sərf etməyə başladı. Ondan fərqli olaraq, Brijitt balet karyerasını qurmağı qərara aldı. 1947-ci ildə Bardo Paris Ali Milli Musiqi və Rəqs Konservatoriyasına qəbul oldu və üç il ərzində rus xoreoqrafı Boris Knyazevdən dərs aldı (Brijittin sinif yoldaşlarından biri olan Lesli Karon ona "Balaca Dou" ləqəbini qoymuşdu).[8] 1949-cu ildə Bardo anasının bir tanışının təklif etdiyi moda festivalında iştirak etdi və ilk manikenlik təcrübəsini qazandı. Həmin il Bardo jurnalist Elen Lazarev tərəfindən nəşr olunan "Jardin des Modes" jurnalına da modellik etdi.

On beş yaşında Bardo "Elle" jurnalının 8 mart 1950-ci il tarixli nəşrində jurnalın üz qabığına çəkildi və bu şəkillər rejissor Rocer Vadimin diqqətini çəkdi.[9] Vadimin jurnalın bir nəşrini rejissorssenarist dostu Mark Alleqreyə göstərməsi nəticəsində Alleqre Bardoya "Les lauriers sont coupés" filminin sınaq çəkilişlərində iştirak etmək fürsəti yaratdı. Sınaq çəkilişləri uğurlu alındı. Bardotun həmin filmdə rol qazanmasına baxmayaraq, film ləğv edildi, lakin bu təcrübə ona bir aktrisa gözü ilə baxılmasına səbəb oldu. Həmçinin burada tanış olduğu Vadim ilə dostluğu gələcək karyerasına bir çox cəhətdən təsir etdi. Ardınca Bardonun kino karyerası başladı. Vadim Bardonun təkcə sənətində yox, həm də şəxsi həyatında böyük rol oynadı.[10][11]

Bardo 18 yaşında olarkən atası ona uzun müddət münasibətdə olduğu Rocer Vadim ilə evlənməsi üçün təzyiq göstərirdi. Bunun nəticəsində onlar 1952-ci il dekabrın 21-i Passi kilsəsində evləndilər. Vadim mənşəyi etibarilə əslində rus pravoslavı ikən, katolikliyi mənimsədiyi güman edilir, amma bu dəqiq deyil. Cütlük evliliklərinin beşinci ilində boşandı. Bundan sonra onlar iş və şəxsi həyatlarında dost olaraq qaldılar. Boşanmadan əvvəl Bardonun adı "Və Allah qadını yaratdı" filmindəki tərəf müqabili Jan-Lui Trentinyanla (həmin ərəfədə Stefan Odran ilə evlidir) hallandı.[12] Onlar təxminən iki il birlikdə yaşadılar. Jan-Lui Trentinyan hərbi vəzifəsini davam etdirdiyi ərəfədə Bardo musiqiçi Jilber Beko ilə münasibətə başladı və bunun nəticəsində münasibətləri bitdi.[12][13][14]

Aktrisa 1959-cu il iyunun 18-də aktyor Jak Şare ilə evləndi. 1960-cı il yanvarın 11-də oğlu Nikola Jak Şare dünyaya gəlir. İkinci nigahı da uğursuz olan Bardo Jakdan boşandıqdan sonra uşaq Nikola Şarenin ailəsi tərəfindən böyüdüldü və yetkinlik dövrünə qədər Bardo ilə görüşməsinə icazə verilmədi.[12] Şarye ailəsinə verirlər.

Bardotun digər həyat yoldaşları Alman milyoner Qunter Zaks (d. 14 iyul 1966 – ö. 1 oktyabr 1969) və Bernard Ormalya (d. 16 avqust 1992-ci il) dır.[12][13] Əvvəlkilərdən fərqli olaraq, Bardo bu dəfə öz xoşbəxtliyini tapdığını deməkdən çəkinmir.

İntihar cəhdləri

[redaktə | mənbəni redaktə et]

19 fevral 1958-ci ildə "Los Angeles Times" qəzeti Bardotun keçirdiyi əsəb gərginliyindən sonra İtaliyada müalicə aldığını açıqladı. Qəzetdə yazılan məlumata əsasən, Bardo keçirdiyi əsəb gərginliyi nəticəsində yuxu həbləri içərək intihara cəhd etmişdi. Bardonun beynəlxalq münasibətlər üzrə meneceri iki gün sonra bu xəbəri təkzib etdi.[15]

BBC Radio 4-ün çıxış proqramı olan "Yarımçıq iş"in 20 oktyabr 2012-ci il tarixində yayımlanan buraxılışında Honor Blekman müsahibəni alan Klayv Andersona Bardonun filmə çəkildiyi dövrdə onun tək buraxılmadığını, çünki daha əvvəl iki dəfə intihara təşəbbüs etdiyini söylədi. Blekman bunun nə vaxt olduğunu söyləmədi. (Blekman və Bardo "Şalako" filmində birlikdə oynamışdılar).

Kinoda ilk çıxışları

[redaktə | mənbəni redaktə et]
B. Bardo və Sami Frey ilə 1863-cü ildə Sen-Trope qəsəbəsində

"Elle"[16] jurnalının üz qabığına çəkildikdən sonra Bardo Burvil ilə rejissor Jan Boyerin "Le Trou Normand" filmində kiçik bir obrazı oynamağı qəbul etdi. Başlanğıc üçün o qədər də yaxşı olmayan bu rolu qəbul etməsində J. Boyerin verəcəyi 200.000 frankın da rolu böyük olmuşdu.[17] Bardo 1996-cı ildə yazdığı memuarda ilk çəkilişlə bağlı ağrılı xatirələrini qoruduğunu bildirmişdir. Bu film əsnasında Villi Roze "Manina la fille sans voiles" filmində oynamağı təkli etdi.[18]

Bundan sonrakı 4 il ərzində aktrisa 17 filmdə, xüsusilə də lirik melodramlarda rol alır. Ona dünya şöhrətini isə "Mən qadını gözləməkdən qorxuram" filmi gətirir. Bu məşhur debütdən sonra Bardo bir çox tanınmış rejissorlarla işləyir. Lui Mal, Jan-Lük Qodar, Kristian Jak kimi kino nəhəngləri aktrisanı ardıcıl bir neçə ekran əsərinə çəkirlər. Maraqlıdır ki, Bardo bütün obrazlarını özünəməxsus tərzdə canlandırıb. Belə ki, "Babetta döyüşə gedir" filmində onun elədiyi saç düzümü hələ də kütləvi izləyicilər arasında danışılmaqdadır. Hollivudda ilk debütü isə rejissor Cimmi Stüartın "Sevimli Bricit" filmi olur. Beləcə, Bardo dünya şöhrətinə daha bir səhifə yazır. Özü də bəyaz pərdədə..

Bardo 1953-cü ildə daha sonradan meneceri olacaq Olqa Horstiq ilə tanış olur.[19] Ukraynalı rejissor Anatol Litvak Bardoya "Sevgi aktı"(fr. Un acte d'amour) filmində Kirk Duqlas[19] ilə oynayacağı kiçik bir rol təklif edir.

Andre Barsak Atelye Teatrındakı Jan Anuylun yazdığı "Qəsrə dəvət" (L'Invitation au château) tamaşasında olan Dani Robenin oynadığı xarakteri canlandırmağı təklif etdi.[20] Çox sonralar heç bir teatr təcrübəsi olmamasına baxmayaraq, Bardo buradakı oyunçuluğunu "biabrçılıq" olaraq xarakterzə etdi.[20] Tamaşanın təqdimetmə mərasimində o dövrün ən böyük tənqidçiləri vardı.[21] Bardo səhnəyə çıxmamışdan əvvəl J. Anuyl ona gül dəstəsi və yanında zərf göndərir. Zərfdə belə yazılmışdı: "Narahat olmayın, mən şanslıyam".[21] Ertəsi gün Bardo Jan-Jak Qotedən təriflər eşidir və tənqidçilərin çoxu müsbət rəy yazır.[21].

Saşa Qitri XV Lüdovikin bir gecəlik aşnası olan miss Rozili obrazını canlandıracaq "bahalı olmayan" qadın komediyaçı axtarırdı. Məhz bu rol Jan Mare tərəfindən oynanılmışdı. Bardonun meneceri ona "Versal sirləri" ndəki (fr. Si Versailles m'était conté) bu bir səhnəlik rolu təklif etdi və Bardo məmnuniyyətlə bu təklifi qəbul etdi.[21].

Daha sonra gənc aktrisa rəfiqəsi Ursula Andressin vasitəsilə[22] aldığı iş təklifinə[23] görə Romaya getdi. Andress bir neçə il sonra "Həkim Nou" (James Bond 007 contre Dr. No) filmindəki rolu ilə şöhrət əldə etdi. Bardo İtalyada Robert Uayzın ekranlaşdırdığı Amerikan filmi olan "Gözəl Helen-Troya müharibələri" (fr. Hélène de Troie) filmində Rossana Podesta ilə qarşılıqlı oynayacağı bir rol əldə etdi. Bardo sonralar film haqqında öz fikirlərini bildirdi.

" İngilis dilim bərbad idi, dəhşətli dərəcədə səhnə qorxum var idi. Rolumu əzbərlədim, nə dediyim xatırlamıram, amma dediklərimi mənim bu rola seçilməyimin verdiyi böyük bir inamla söylədim.
B.Bardo [23]
"

Bardot Romada olduğu müddətdə İtalyan isterhsalı olan "Nifrət, sevgi və xəyanət" (fr. Haine, Amour et Trahison) filmində baş rol oynamış, daha sonra bu filmi "gülməli bir melodram" olaraq səciyyələndirmişdir.

Fransaya qayıtdıqdan sonra meneceri Bardoya Rene Klerin rejissoru olduğu, Morqan Mişel və Jerar Filippin də iştirak etdiyi "Böyük manevrlər"(fr. Les Grandes Manœuvres) filmində rol təklif etdi. Rolu çox əhəmiyyətli rol deyildi, amma Bardot "çox yaxşı bir filmdəki kiçik bir rolu, pis bir filmdəki böyük rola" əvəz eləməyi üstünlük verirdi.[24] Mark Allerqenin ekranlaşdırdığı "Qızçiçəyini qoparmaq" (fr. En effeuillant la marguerite) adlı film isə uğursuzluqla nəticələndi.[25] Bundan sonra Bardo "Neronun həftəsonu və ya Oğlum Nero" (Les Week-ends de Néron) filmi üçün Romaya qayıtdı. Bardot daha sonra yazdığı xatirələrində filmin çəkilişləri zamanı baş verən qəribə bir hadisəni danışmışdı; filmin hamam səhnəsində süd yerinə istifadə edilən matadon məhlulu proyeksiyanın istiliyi ilə qısa müddətdə qatığa çevrildi.[26]

"Və Allah qadını yaratdı" filmindən sonra karyerası

[redaktə | mənbəni redaktə et]

1952-ci ildə Bardo "Və Allah qadını yaratdı" filmi ilə ilk böyük debütünü etdi. Avropanın film sənayesi inkişaf etməkdə davam edirdi, həmçinin Bardonun də bu sahədə məşhurluğu artmaqda davam edirdi, lakin ABŞ mediasının diqqətini bir neçə avropalı oyunçu hədsiz dərəcəcədə çəkdi və Bardo bu aktrisalardan biri idi. O, Merilin Monro ilə 1950–60-cı illərin filmlərində qadın seksualığının əsas nümunələrini nümayiş etdirib.

Bardo əvvəlki filmlərində və Kann Film Festivalındakı nümayişlərində bikini geyinməsi ilə bikinini populyar edən şəxs kimi göstərilir. O, özünəməxsus tərzi ilə 1960-cı illər modasının önəmli siması oldu.

1973-cü ildə B. Bardo təqaüdə çıxdığını açıqladı. Bundan sonra o, özünü heyvan haqlarını qorumağa həsr etdi.

1986-cı ildə Vəhşi və Ev Heyvanlarınının Qorunması üçün Brjitt Bardo Fondunu (fr. Fondation Brigitte Bardot pour la protection de l'animal sauvage et domestique) yaratdı.[27] Ardınca vegetarian oldu.[28] Fondu qura bilmək üçün auksionda zinət əşyalarını və bir sıra şəxsi əşyasını satdı.[27] Cəmi 3 milyon frank topladı. Bardot bu gün güclü bir heyvan haqları aktivistidir və xüsusən at əti istehlakına müxalifdir.[29]

Siyasət və hüquqi məsələlər

[redaktə | mənbəni redaktə et]

Bardo 1960-cı illərdə Şarl de Qollun rəhbərliyini dəstəklədiyini bildirdi.[12] Əri Fransanın Milli Cəbhə Partiyasının keçmiş məsləhətçisi idi. Bardo 2003-cü ildə nəşr etdirdiyi "Səssizlikdə qışqırtı" (fr. Un cri dans le silence) adlı kitabında "Fransanın islamlaşması" məsələsində xəbərdarlıq almış və müsəlman köçü haqqında yazdığı cümlələrinə görə reaksiya almışdı.[30] Bəzi tənqidçilər Bardotun kitabında anti-müsəlman və homofobik düşüncələrin olduğunu yazmışdı. 2003-cü ilin mayında İrqçilik Əleyhinə Beynəlxalq Dostluq Hərəkatı (Mouvement contre le racisme et pour l'amitié entre les peuples) adlı fransız qrup Brijittin nəşr etdirdiyi kitabındakı fikirlərinə görə onu məhkəməyə verəcəklərini bildirdilər.

Bardo nəşr etdirdiyi bu kitabdan sonra aldığı reaksiyalara görə LGBT jurnalına göndərdiyi məktubda bu ifadələri yazmışdı: "Geylər neçə illərdir dəstəkçim, dostum, övladlıq uşağım və sirdaşım" olublar.[31] 10 iyun 2004-cü ildə Bardot irqçi düşüncələrinə görə Fransa məhkəməsi tərəfindən təqsirkar hesab olundu və 5 min avro cərimə edildi.[32] O, bu günahı qəbul etmədi, məhkəmədə üzr istəyərək bu sözləri söylədi: "əsla kimisə bilərəkdən incitmək istəməmişəm. Bu mənim xarakterim deyil".[33]

B. Bardonun təsiri

[redaktə | mənbəni redaktə et]
Braziliyanın Buzios kəndində B. Bardonun heykəli

Bardo bikinini və Sen-Tropeni populyar edən insan kimi tanınır. 1964-cü ildə o dövrdəki sevgilisi ilə Braziliyanın Buzios kəndini ziyarət etdi. Onun şöhrəti Buziosu populyar etdi. Bardonun şəhəri popluyar etməsi xatirəsinə şəhərin mərkəzində Kristina Motta tərəfindən düzəldilmiş Brijitt Bardo heykəli qoyulmuşdur. O, ilk səfərindən sonra braziliyalı sevgilisi ilə tətillərdə daha bir neçə dəfə Buziosa getdi.

Bardotdan bəhs edən mahnılar

[redaktə | mənbəni redaktə et]
  • Con Qalland "Brigitte Bardot"
  • Billi Coel "We Didn't Start the Fire"
  • Bob Dilan "I Shall Be Free"
  • Red Hot Chili Peppers "Warlocks"
  • The Bellamy Brothers "You're My Favorite Star"
  • Fish "Big Wedge"

"Bardo, qayğısız illər" adlanan nəhəng fotosərgi paytaxt Parisin ən məşhur sərgi mərkəzlərindən olan Bulon Biyankur şəhərciyində təşkil olunub. Beləcə, zaman bir daha təsdiq edib ki, Bardo imzası Fransız kinosunda əvəzsizdir.

2009-cu ildə isə fransız sənətsevərləri məşhur aktrisa Bardonun 75 illik yubileyini qeyd etdi. Məşhur sənətçinin Sen-Tropa kurort şəhərinin yaxınlığında yerləşən villasına dünyanın hər yerindən minlərlə təbrik teleqramları gəldi. Özünün kinokaryerasına hələ 1973-cü ildə son qoymasına baxmayaraq, onlarca kinofilmdə çağdaş fransız qadınının obrazını yaradan Bardo bu gün də fransız xalqının nəzərində böyük və əvəzsiz bir sənətçi olaraq qalmaqdadır. Dünyaşöhrətli aktrisanın pərəstişkarları sənətçinin 75 illiyinə hədiyyə olaraq Fransa tarixində ən böyük sərgi təşkil ediblər. Sahəsi 1000 kvadratmetrə çatan bu sərgidə B. Bardonun uşaqlıq illərindən tutmuş kino aləmində yaratdığı məşhur rollara kimi bütün həyat və yaradıcılığını əks etdirən minlərlə fotoşəkil sərgilənir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 78 yaşlı italyan gözəli [ölü keçid]
  2. Brigitte Bardot // filmportal.de. 2005.
  3. Brigitte Bardot // FemBio database (alm.).
  4. Anne-Marie Sohn (teacher at the ENS-Lyon), Marianne ou l'histoire de l'idée républicaine aux XIXe et XXe siècles à la lumière de ses représentations Arxivləşdirilib 2008-05-28 at the Wayback Machine (résumé of Maurice Agulhon's three books, Marianne au combat, Marianne au pouvoir ve Les métamorphoses de Marianne) (Fransızca)
  5. The Big Question: How does the French honours system work, and why has Kylie been decorated? Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine The Independent. 8 Mayıs 2008
  6. (Singer 2006, С. 6)
  7. Shanley, Valerie. "Profile: Brigitte Bardot – And God created Bardot". Sunday Tribune. 27 September 2009. 29 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 September 2010.
  8. Caron, Leslie, Thank Heaven, Plume Publishing (2009)
  9. "Brigitte Bardot Biography". The Biography Channel. 14 Eylül 2009 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 13 March 2010.
  10. Bardot, Brigitte (1996). Initiales B. B.. Grasset & Fasquelle. ISBN 2-246-52601-9
  11. Robinson, Jeffrey (1994). Bardot — Two Lives. Simon & Schuster (London). ASIN: B000KK1LBM.
  12. 1 2 3 4 5 Bardot, Brigitte. Initiales B.B. Grasset & Fasquelle. 1996. ISBN 2-246-52601-9.
  13. 1 2 Robinson, Jeffrey. Bardot — Two Lives. Simon & Schuster (London). 1994. ASIN: B000KK1LBM.
  14. "Gunter Sachs". The Daily Telegraph. London. 9 May 2011. 29 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2018.
  15. "LA times 1958". The Los Angeles Times. 3 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2010.
  16. (Bardot 1996, С. 78)
  17. (Bardot 1996, С. 81)
  18. (Bardot 1996, С. 84)
  19. 1 2 (Singer 2006, С. 23)
  20. 1 2 (Bardot 1996, С. 92)
  21. 1 2 3 4 (Bardot 1996, С. 93)
  22. (Choulant 2009, С. 173)
  23. 1 2 (Bardot 1996, С. 101)
  24. (Bardot 1996, С. 103)
  25. (Bardot 1996, С. 104)
  26. (Bardot 1996, С. 105)
  27. 1 2 a b "Brigitte Bardot foundation for the welfare and protection of animals". fondationbrigittebardot.fr. 30 Eylül 2011 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 21 August 2010.
  28. Follain, John (9 April 2006) Brigitte Bardot. The Times Online, Life & Style. Retrieved 2 April 2009
  29. Bardot'dan Palin'e: 'Dilerim 4 Kasım'da siz kaybedersiniz de dünya kazanır' Arxivləşdirilib 2021-03-07 at the Wayback Machine, HAYTAP, erişim 10 ocak 2013
  30. "Brigitte Bardot's Cry In The Silence" Arxivləşdirilib 2011-08-05 at the Wayback Machine. By David Orland. 2 September 2003. Erişim tarihi: 14 January 2008.
  31. "Brigitte a Political Animal by David Usborne". The Independent (London). 24 March 2006. 24 April 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2008.
  32. Larent, Shermy (12 may 2003). "Brigitte Bardot unleashes colourful diatribe against Muslims and modern France". Indybay. 16 Mayıs 2008 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 13 March 2010.
  33. "Bardot denies 'race hate' charge" Arxivləşdirilib 2018-09-10 at the Wayback Machine. BBC News. 7 may 2003. Erişim tarihi: 17 January 2008.