Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi — Azərbaycan Respublikasında nazirlik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi | |
---|---|
| |
(ETSN) | |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 23 may 2001 |
Tabelik | Azərbaycan Respublikası Prezidenti |
Baş qərargah | Bakı, Azərbaycan |
Ünvan | K.Kazımzadə küç. 100(A) |
Rəhbərlik | |
Nazir | Muxtar Babayev |
Birinci müavin | Rəşad İsmayılov |
Müavinlər |
Umayra Tağıyeva Rauf Hacıyev Vüqar Kərimov |
|
|
Rəsmi saytı | eco.gov.az |
Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikasında həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilmiş və onların bazasında Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi Respublika Prezidentinin 18 sentyabr 2001-ci il tarixli 583 saylı Fərmanı ilə təsdiq edilmişdir.