Peta (doğum adı: Manninagh KateDhu[1])— 1964-cü ildən 1976-cı ilə qədər Böyük Britaniyanın Baş nazirinin Dauninq-strit 10 ünvanında yerləşən iqamətgahında baş siçantutan[ing.] vəzifəsində çalışmış pişik.
Peta | |
---|---|
ing. Peta | |
| |
Böyük Britaniya Baş nazirinin iqamətgahında baş siçantutan[d] | |
8 may 1964 – 1976 | |
Əvvəlki | III Piter[d] |
Sonrakı | Vilberfors |
Məlumatlar | |
Növü | ev pişiyi |
Cinsiyyəti | dişi |
Doğum tarixi | oktyabr 1963 |
Doğum yeri | Men adası |
Ölüm tarixi | 1980 |
Peşə | siçantutan[d] |
O, üç baş nazirin dövründə xidmət etmişdir: Alek Duqlas-hom[ing.], Harold Vilson, Edvard Hit[ing.]
Manninagh KateDhu təxminən 1963-cü ilin oktyabrında Men adasındakı fermada dünyaya gəlib. O, iqamətgaha gəldikdən sonra sələflərinin: Pyotr, II Pyotr və III Pyotrun şərəfinə Peta adlandırılıb.[2]
1968[3] və ya 1969-cu ilə[2] qədər bəzi dövlət qulluqçuları Petanı iqamətgahdan zaqlaşdırmağa cəhd etdilər. 1976-cı ildə verilən cavabda onun dövlət qulluqçusunun evinə təqaüdə çıxdığı aşkarlanana qədər onun adı bir daha rəsmi sənədlərdə qeyd edilmədi.[2] Milli Arxiv onun fəaliyyətinin sonunu 1976-cı il kimi qeyd edir. Milli Arxivə görə, Peta 1980-ci ildə vəfat etmişdir.[4]