Peter Palotaş (27 iyun 1929[1][2][…] – 17 may 1967[3]; ) — MTK Budapeşt klubu və Macarıstan millisinin heyətində hücümçü mövqeyində çıxış etmiş macar futbolçu. 1950-ci illərdə Qüdrətli macarlar adlanan komandanın ikinci dərəcəli üzvü olmuş və Ferents Puşkaş, Zoltan Tsibor, Şandor Koçiş və Nandor Hideqkuti kimi oyunçularla birgə çıxış etmişdir. Palotaş dərin mərkəz hücumçusu mövqeyində oynayan ilk oyunçulardan idi və 1955-ci ildə o, Çempionlar Kuboku turnirinin oyununda ilk het-trik edən oldu. 1959-cu ildə ürək xəstəliyinə görə oyunçu karyerasını başa vurdu. 17 may 1967-ci ildə həmən səbəbdən vəfat etdi.
Peter Palotaş | ||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||
Doğum tarixi | 27 iyun 1929[1][2][…] | |||||||||||||||||||||
Vəfat tarixi | 17 may 1967[3] (37 yaşında) | |||||||||||||||||||||
Dəfn yeri | ||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||
Boyu | 176 sm | |||||||||||||||||||||
Çəkisi | 75 kq | |||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||
|
||||||||||||||||||||||
|
Palotaş karyerası boyunca təkçə MTK Budapeştin şərəfini qorudu. Lakin bu müddət ərzində klub bir neçə dəfə adını dəyişdirmişdir. 1949-cu ildə Macarıstan kommunist dövlətə çevriləndə MTK gizli polisin əlinə keçdi və klubun adı "Textiles SE" oldu. Sonradan klubun adı ilk öncə "Bástya SE", sonra "Vörös Lobogó SE" oldu və nəhayət yenə köhnə MTK adına qayıtdı. Bu qarışıqlığa baxmayaraq 1950-ci illər klub üçün uğurlu dövr kimi keçdi və məhz "MTK"-nın heyətində Palotaş Nandor Hideqkuti və məşqçi Marton Bukovi ilə birgə dərin mərkəz hücumçusu mövqeyini təcrübədə tətbiq etmişdi. Mixay Lantoş və Yojef Zakariaşın da daxil olduqları MTK klubu ilə Peter üç dəfə Macarıstan çempionatı, bir dəfə Macarıstan kuboku və bir dəfə Mitropa Kubokunu qazandı. 1955-ci ildə "Vörös Lobogó SE" adı altında çıxış edən MTK Budapeşt ilk dəfə təşkil olunan Çempionlar Kubokunda iştirak etdi. 7 sentyabr 1955-ci ildə Nepştadion stadionunda keçirilən və 6–3 hesabı ilə bitən birinci raundun ilk oyununda Anderlext klubunun qapısına üç qol vuraraq, Çempionlar Kuboku turnirinin tarixinə keçdi. O, ikinci oyunda da fərqlənə bilmişdir və oyun 4–1 hesabı ilə tamamlanmışdır. Reyms klubu ilə dörddəbir final mərhələsinin qarşılaşmasında daha 2 qol vurmağı bacarsa da, klubu ümumi hesabda 8-6 məğlub oldu. O, turniri 6 qolla başa vurdu.
Macarıstan milli futbol komandasının heyətində çıxdığı 24 oyunda 18 qol vurmuşdur. 24 sentyabr 1950-ci ildə o, millisinin heyətində, 12–0 hesabı ilə bitən Albaniya komandasına qarşı oyunda debüt etmiş və 2 qol vurmuşdur. 1952-ci ildə dörd dəfə fərqlənərək o, Macarıstana Olimpiya Oyunlarında qalibiyyət gətirdi. Həmin qolların ikisini 3–0 qələbə hesabı ilə bitən İtaliya komandasına qarşı oyunda vurmuşdur. O, həmçinin 2 avqust 1952-ci ildə Yuqoslaviyaya qarşı keçirilən final oyununda da iştirak etmişdir. 17 may 1953-cü ildə o,Stadio Olimpiko stadionunda İtaliyaya qarşı keçirilən və 3–0 qələbə hesabı ilə bitən oyunda 2 qol vuraraq ölkəsinə Mərkəzi Avropa Göre Kubokunu qazanmağa yardım etmişdir.
MTK-da komanda yoldaşları olan Palotaş və Nandor Hideqkuti millinin heyətinə düşmək baxımından bir-birilərin rəqibləri idilər. 1953-cü ilə qədər Hideqkuti Macarıstanın heyətində dərin mərkəz hücumçusu mövqeyi üçün birinci seçim olduğunu sübut etmişdir və nəticədə Palotaş İngiltərəyə qarşı prestijli iki yoldaşlıq oyunundan kənar qaldı. İlk oyun üçün İngiltərəyə yollansa da, ehtiyat oyunçular skamyasında qaldı. Bu uğursuzluğa baxmayaraq 1956-cı ilədək Macarıstanın heyətində mütəmadi olaraq oynamağa davam edirdi. 1954 FİFA Dünya Kuboku zamanı Cənubi Koreya komandasına qarşı 2 qol vuraraq 9–0 hesablı qələbədə pay sahibi oldu, bundan başqa Uruqvaya qarşı yarımfinal oyununda da meydana çıxmışdır. 19 may 1955-ci ildə Finlandiya komandası ilə qarşılaşmada het-trik etdi və 9 iyun 1956-cı ildə keçirilən Portuqaliya ilə oyunda o, millinin heyətində sonuncu dəfə çıxış etdi.
MTK Budapeşt
Macarıstan