Peti Hill

Peti Smit Hill (27 mart 1868 - 25 may 1946),[3] bacısı Mildrid Ceyn Hill ilə birlikdə sonralar "Happy birthday to you" (azərb. Doğum günün mübarək‎) kimi məşhurlaşan melodiyanı yazmaqla,tanınan bəstəkar və müəllim.

Peti Smit Hill
Peti Smit Hill
Doğum tarixi 27 mart 1868(1868-03-27)[1][2][…]
Vəfat tarixi 25 may 1946(1946-05-25)[1][2][…] (78 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Keyv Hill qəbiristanlığı[d]
Fəaliyyəti bəstəkar, müəllimə, mahnı yazarı[d], alim
Tanınır "Happy birthday to you" mahnısı ilə

O,Amerikada uşaq bağçasında müəllimə və hazırda Gənclərin Təhsili üzrə Milli Dərnək olaraq mövcud olan Məktəbəqədər Təhsil üzrə Milli Dərnəyin əsas təsisçisi idi.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Peti Smit Hill,1868-ci ildə Luisvill (Kentukki) kənarda yerləşən Ankoreyg şəhərində anadan olmuşdur. Valideynləri,Peti və digər bacı-qardaşlarına təhsilin əhəmiyyətini,oyunun dəyərini və başqaları üçün bunları təbliğ etməyin zəruriliyini aşılayan insanlar idi. Atası Uilyam Vols Hill,Kentukki Basda anadan olub,1833-cü ildə Kentukki,Danvilldəki Mərkəzi kollecdən məzun oldu və 1838-ci ildə Prinston Universitetindən ilahiyyat doktoru dərəcəsi aldı. Bütün həyatını nazir və təhsil işçisi olaraq davam edtdirməsi,Hill ailəsinin Kentukkidən,Missuriyə,Texasa apardı. Anası Marta Ceyn Smit, Uilyamın ikinci həyat yoldaşı idi (birinci həyat yoldaşı doğuş zamanı vəfat etmişdi). O,Pensilvaniyada anadan olmuşdu,yeniyetmə ikən qardaşı ilə birlikdə,əmi və bibisinin Denvildəki plantasiyalarında yaşamaq üçün ora köçürlər. Marta Ceyn öyrənmək və öyrəndiklərini başqaları ilə bölüşməkdə olduqca həvəsli və diqqətcil idi,buna misal olaraq Qrayms plantasiyalarındakı qullara oxumağı və yazmağı öyrətməsini göstərmək olar.

Hillin valideynləri övladlarının təhsili üzərində çox çalışırdılar; atası qızlarına yaxşı təhsilin dəyərini anlamaq üçün və bunu "qadınların ev sahibi olması üçün evlənmələrinin bir faciə olması" məsəli ilə müqayisələndirirdi. Hüquqən qohum olmayın! İçiboş bir ağacda yaşamalı olsanız belə etməyin!" Valideynlərinin səyi nəticəsində güclənən Peti,1887-ci ildə Luisvill kollecini sinifinin ən yüksək akademik nailiyyətlərə sahib tələbəsi olaraq bitirdi.

Hill XIX əsrin sonu və XX əsrin əvvəllərində mütərəqqi təhsil hərəkatında nüfuz sahibi və lider idi.[4] Peti, Peti Hill kasnaqlarını inkişaf etdirərək,1924-cü ildə Kolumbiya Universiteti Müəllimlər Kollecində Uşaq Rifahı İnstitutunun yaradılmasına köməklik göstərdi. Peti Hill kasnaqları,uşaqların nəhəng konstruksiyalar yarada biləcəyi böyük bloklar idi. O, Uşaq Təhsili Beynəlxalq Dərnəyinin üzvü,prezidenti və ömrü boyu dəstəkçisi oldu.

"Happy birthday to You"

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Happy birthday to you

Hill bəlkə də bacısı,Mildrid Ceyn Hill kimi tanınır və onunla birlikdə "Good Morning for All" ("Hamınızın sabahı xeyr") mahnısının ssenari müəllifi kimi qəbul edilir. "Happy birthday to you"[3] mahnısı XX əsrdə çox məşhurlaşdı. Hill və bacısı Mildrid mahnını yazdılar (Mildred melodiyasını; Peti sözlərini yazdı). Petti Luisvill Eksperimental baxçasının direktoru idi. Bu uşaq bağçası müasir təhsil metodlarında yaxşı bir təcrübə oldu və 1893-cü ildə Çikaqo Dünya sərgisində,Hill bacılarına mükafat qazandırdı.

Sonrakı həyatı və mükafatları

[redaktə | mənbəni redaktə et]

Heç vaxt ailə həyatı qurmayan Peti Smit Hill,1929-cu ildə Kolumbiya Universiteti tərəfindən fəxri doktorluq dərəcəsinə layiq görülmüşdür.[5] Hill,Nyu- Yorkdakı evində vəfat etdi və Luisvilldəki (Kentukki) Keyv Hill qəbiristanlığında dəfn edildi.[6] Peti Hill və Mildrid Ceyn Hill olümündən sonra 12 iyun 1996-cı ildə Beynəlxalq Musiqi Akademiyasının rəsmi bir qolu olan (ing. Songwriters Hall of Fame (SHOF)) təşkilatına üzv qəbul edildilər.

  1. 1 2 Patty Smith Hill // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Patty Smith Hill // FemBio database (alm.).
  3. 1 2 Snyder, Agnes. Dauntless Women in Childhood Education, 1856–1931. 1972. Washington, D.C.: Association for Childhood Education International. p. 233-270.
  4. "Patty Smith Hill | American educator". Encyclopedia Britannica (ingilis). 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-25.
  5. James, Edward T. Notable American Women 1607–1950: A Biographical Dictionary. Harvard University Press. 1971. 195. ISBN 9780674627345. İstifadə tarixi: April 4, 2013.
  6. Kleber, John E. The Kentucky Encyclopedia. University Press of Kentucky. May 18, 1992. 431. ISBN 0813128838. İstifadə tarixi: April 4, 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]