Peucedanum pauciradiatum

Azşüalı zərəvşan (lat. Zeravschania pauciradiata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zərəvşan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. Azərbaycanın nadir endemik bitki növüdür.

Azşüalı zərəvşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, çılpaq, göyümtül bitkidir, hündürlüyü 60–120 sm-dir. Kökətrafı yarpaqları üçər bölümlüdür, son ayaları ayrılmış lələklidir, yumurtavari və ya uzunsovdur, uzunluğu 1 sm-ə yaxındır. Gövdə yarpaqlarının ayaları çox kiçikdir, qalanları lansetvari qın formasındadır, ayasızdır. Çətirlərdə 3–6 ədəd, uzunluğu 1–2,5 sm olan müxtəlif şüaları vardır. Ləçəkləri açıq-sarıdır. Meyvələri 4 mm uzunluğundadır, ellipsvaridir. Çiçəkləmə iyun-iyul, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Kseromezofitdir. Orta dağ qurşaqlarında, quru, daşlı, qayalı dərələrdə rast gəlinir. Efir yağlı bitkidir.

Populyasiyasının təbii ehtiyatı azdır, mənfi təsirlər azalma tendensiyasını sürətləndirir. Məhdudlaşdırıcı amillər populyasiyanın zəif təkrarlanması, iqlim və antropogen təsirlərdir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın cənub hissəsi (Zəngilan rayonu) və Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu — Axura, Havuş; Ordubad rayonu — Gənzə və Aşağı Əylis kəndləri ətrafı). Arpaçay və Ordubad Dövlət Təbiət Yasaqlığı ərazisində təbii populyasiyaları mühafizə altına alınmalıdır.