Phaseolus

Lobya (lat. Phaseolus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Lobya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Azərbaycanda istifadə olunan yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Maş lobyadan yaşıl halda adətən yemək üçün istifadə olunmur. Bunun qurudulmuşundan, lobya-plov bişirilir. Eyni zamanda xəmir xörəklərinə yəni, əriştəyə, xingala tökür, mutmac adlanan yemək hazırlayırlar. Bundan başqa soğan suyu deyilən xörəyi də xırda lobyadan bişirirlər. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.