Philadelphus hirsutus

Philadelphus hirsutus (lat. Philadelphus hirsutus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.

Philadelphus hirsutus
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Philadelphus hirsutus Nutt.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerika və Cənubi Asiyada təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m olan koldur. Gövdələrin qabığı şabalıdı-qonur rəngli, çatlayan və soyulandır. Özəkləri 6 tilli, enli və boşdur. Tumurcuqları kiçik, kirəmit şəklində düzülmüş pulcuqlara malik olub, adətən konusşəkilli yarpaq köbəcikləri ilə örtülmüşdür. Yarpaqları yumurtavari və ya neştərvari, tamkənarlı və ya dişli, nazik və ya bir qədər dərivaridir. Üst tərəfdən çılpaq, bəzən damarlar boyu tükcüklər müşahidə edilir. Yarpaqları açıq yaşıl, payızda isə sarımtıl rəngdə olur. May ayının ikinci yarısında çiçəkləyir. Çiçəkləri 2–5 sm diametrində olub, ağ rəngli, nadir hallarda isə ləçəklərinin əsası qırmızımtıl-qonur rəngli olur, ətirlidir. 1–3 ədəd (nadir halllarda 7 ədəd) çiçəkləri budaqların uclarındakı salxımvari çiçək qrupunda, yarpaqlaşmış qısa zoğların yan budaqlarında, ikiillik və çoxillik yarımçətirlər üzərində yerləşmiş olur. Toxum və yaşıl qələmlərlə çoxaldılır.

Mədəni şəraitdə bitir və meyvə verir. Şaxtaya və quraqlığa davamlı olub, bozqır və bir qədər cənub qurşaqlarda yaşıllıqlarda geniş istifadə edilə bilər. Kütləvi çiçəklik üçün tez-tez suvarma tələb edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda, Gəncədə, Zaqatalada, Balakəndə mədəni şəraitdə rast gəlinir.

Parklarda, bağlarda tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.