Phyllitis japonica

Skolopendraşəkilli sümürgə (lat. Asplenium scolopendrium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.

Skolopendraşəkilli sümürgə
Elmi təsnifat
Aləm:
Sinif:
Yarımsinif:
Yarımdəstə:
Növ:
Skolopendraşəkilli sümürgə
Beynəlxalq elmi adı
  • Asplenium altajense (Kom.) Grubov
    • Asplenium sarelii f. altajense Kom.
  • Phyllitis japonica Kom.
  • Phyllitis scolopendrium (L.) Newman[2]

Yarpaq ayası xətvari-neştərşəkilli, tamkənarlı, qalındərili, çılpaqdır, qaidə hissəsi ürəkşəkilli olub, saplağı qısadır; saplaqları təpə hissədə gərilmiş, açıq-qonur rəngli dəriciklə ortülüdür.

Soruslar bir-birinə paralel cərgələrlə yerləşmişlər, adətən yarpaq ayasının kənarına və yarpağın orta damarına qədər gəlib çatmır. Sporlar qonurdur, böyrəkşəkillidirlər. Çoxillikdir.

İyul-Avqust.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), Abşeron, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk .dağ., Lənk. oval. Aşağı və orta dağ qurşağında.

Yaşayış mühit

[redaktə | mənbəni redaktə et]

Meşələrdə, əsasən kölgəli yaşayış yerlərində rast gəlinir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1079.
  2. Skolopendraşəkilli sümürgə:''The Plant List saytında takson barədə məlumat. (ing.)