Başınağacıyarpaq şaqqıldaqmeyvə (lat. Physocarpus opulifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaqqıldaqmeyvə cinsinə aid bitki növü.
Başınağacıyarpaq şaqqıldaqmeyvə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Başınağacıyarpaq şaqqıldaqmeyvə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Amerikada, Kanadada təbii halda yayılmışdır.
Yarımşar formalı, çətirli, tüksüz, açıq şabalıdı rəngli zoğları olan 3 m-ə qədər hündürlükdə kollardır. Yarpaqları 3-5 dilimlidir. Orta dilimi uzanmış dəyirmi elliptik, mişarvarı dişcikli, çılpaq, üstdən yaşıl, alt tərəfdən isə açıq yaşıl rəngdə olmaqla 2-4 sm uzunluqdadır. Çiçəkləri 10–12 mm diametrli çılpaq və ya seyrək tükcüklərlə örtülmüş çiçək qrupunda yerləşmişdir. Erkəkciyi 3 ədəd olub, qırmızı rəngdədir, dişiciyi 3-5-dir. Ləçəkləri ağ və ya çəhrayı rəngdədir. Yarpaqcıq meyvə, kasa yarpaqlarından 2 dəfə və ya daha çox uzundur. Təpə hissəsində sivriləşmiş çılpaq, ya da tək-tək tükcüklü olub, yetişən zaman qırmızı rəng alır. Toxumları 2 mm uzunluğunda, 1 mm enində armud formalı, parıldayan və hamardır. 1000 ədəd toxumun ağırlığı 0,9 qramdır. İyun-iyul aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvəsi yetişir.
Rütubətə, torpağa tələbkar deyil.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Dekorativ xüsusiyyətlərə malik olub, yaşıllaşdırmada geniş istifadə olunur.