Pişiklər (ing. Cats) Endryu Lloyd Vebber tərəfindən revyu üslubunda yazılmış müzikl. Tamaşa öz məzmununu Tomas Sternz Eliotun "Qoca Possum tərəfindən yazılmış pişiklər haqqında elm" (ing. "Old Possum's Book of Practical Cats") adlı uşaq şerləri məcmuəsindən götürmüşdür. Tamaşa ilk dəfə 11 may 1981 ci ildə yeni London teatrında 7 oktyabr 1982 ci ildə isə Brodveydə oynanılmışdır. Müziklın əsas məğzini Qrizabella adlı personaj tərəfindən ifa edilən ing. "Memory" "Yaddaş" nəğməsi təşkil edir. Yaddaş nostalgik bir nəğmədir. Bu nəğməsi ilə Qrizabella keçmiş üçün kədərlənir. Bu parçanı bəzən "Qrizabella ariyası" adlandırırlar.
Pişiklər | |
---|---|
ing. Cats | |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Dil | İngilis |
Bəstəkar | Endryu Lloyd Vebber |
Librettoçu | Tomas Sternz Eliotun |
Premyera |
|
İfaçılar | Endryu Lloyd Vebber |
|
RumTumTugger adında çevik, ağıllı digər pişikləri qoruyan bir pişikdir. "Black Cat" (Qara pişik), "White Cat" (Ağ pişik) və tənbəl Jennyanydots ("Lazy Cat" = Tənbəl pişik) kimi tanınan digər pişiklər. Bundan başqa uzun müddət səsiz qalmış pis niyyətli bir "Jellicle" pişik vardır. Pişiklərin böyüyü - kralı "Heaviside"yə - göylərə səyahətə gedəcək pişiyi seçən zaman "Macavity" adlı bu pis niyyətli pişik öz dostları ilə gəlib kralı qaçırırlar. Bu haldan pişiklər çox pərişandırlar və "Rum Tum Tugger"dən bir çarə tapmasıını istəyirlər. O, isə öz növbəsində "Mr. Mistoffelees" adlı sehirbaz pişiyi köməyə çağıırır. O isə kralı geri qaytarır. Hadisələrin gedişində məlum olur ki, vaxtilə öz məlahətli səsi, gözəl rəqsləri ilə məşhur olan, hal-hazırda qocalıb əldən düşmüş bir pişik də mövcuddur. Qrizabella adlı bu pişiyi indi hamı lağa qoyub ələ salır. Qrizabella isə öz "Memory" (Xatirə) adlı nəğməsi ilə onlara keçmiş günləri xatırlatmış olur. Bu xatirələrdən pişiklər və onların kralı çox təsirlənərək onu göylərə səyahətə yola salırlar.
I akt
II akt