Tikanlı küknar (lat. Picea pungens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.
Tikanlı küknar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Tikanlı küknar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Şimali Amerikanın qayalı dağlarıdır. Hündürlüyü 40–45 m, gövdəsinin diametric 1,2 m olan ağacdır. Çətiri konusvarı, bozumtul olub, aşağı tərəfdən torpaq səthinə kimi əyilir. Gövdəsinin qabığı nazik, çat-çatdır və pulcuqlarla ayrılır, bozumtul rənglidir. İynəyarapqları sərt tikanlı, kobuddur, uzunluğu 2-3 sm-dir, gümüşü-ağ və ya mavi-yaşıl rənglidir, budaqlara xüsusi yarpaq yastıcıqları vasitəsilə birləşir, budaq üzərində 6-9 ilə kimi qalır. Tumurcuqları şiş olur və xaricdən qatranla örtülmür. Qozaları silindrvarı olub, yaşımtıl-sarı, uzunluğu 10 sm-ə, diametric isə 3 sm-ə çatır, qozaları sentyabrda yetişir. Qanadları toxumu tam əhatə edir, lakin onunla birlikdə inkişaf etmədiyindən toxumdan asanlıqla ayrılır. Tikanlı küknar torpağa az tələbkardır, şaxtaya, rütubətə davamlıdır, uzunömürlüdür, 400-600 ilə kimi yaşayır. Sənaye şəhərlərində çirkli havaya dözümlülüyü tikanlı küknardan şəhərlərin yaşılaşdırılmasında geniş istifadə etməyə imkan verir. Tikanlı küknar Azərbaycanda Bakı, Gəncə, Quba, Zaqatala, Xankəndi və Lənkəranın küçə və parklarında əkilib becərilir. Tikanlı küknar, əsasən toxumla çoxalır. Lakin onu qələmlə də çoxaltmaq mümkündür. Tikanlı küknardan yaşıllıqlarda tək-tək, qrup halında və xiyabanların yaradılmasında istifadə olunması məqsədəuyğundur.