Picea sitchensis

Sitxin küknarı (lat. Picea sitchensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.

Sitxin küknarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın qərb hissəsində, Alyaskadan Kaliforniyaya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerikanın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir. Qozaları silindrik, uzunluğu 5-10 sm, qalınlığı 2,5-3 sm, yetişənə qədər sarı-yaşıl, yetişdikdən sonra açıq-qonur rəngli olub, qabıqları nazik dişlidir. Toxumların uzunluğu 2-3,5 mm, açıq-qonur, ondan 4-5 dəfə iri, açıq-sarı qanadlıdır. Qozaları sentyabr-oktyabr aylarında yetişir. 500-800 il yaşayır. Avropada 1831-ci ildən məlumdur. Cavanlıqda illik boy artımı 10 sm qədər, böyüdükdə 30 sm-dir. Qışadavamlılığı yüksəkdir. Havanın rütubətinə və torpağa tələbkardır, müvəqqətisubasmış sahələrdə yaxşı inkişaf edir. Tüstüyə və qaza davamlıdır. Tək və qrup əkinlərində çox effektlidir. Sitxin küknarı 1792-ci ildə Arzibald Menzis tərəfindən aşkar olunmuşdur və geniç becərildiyinə baxmayaraq onun baş formalarının miqdarı azdır. Abşeronda yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni çəraitdə becərilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Abies sitchensis (Bong.) Lindl. & Gordon
  • Pinus sitchensis Bong.
  • Tsuga sitchensis (Bong.) Regel

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Sequoia rafinesquei Carrière
  • Abies falcata Raf.
  • Abies menziesii (Douglas ex D.Don) Lindl.
  • Abies merkiana Fisch. ex Parl.
  • Abies trigona Raf.
  • Picea falcata (Raf.) Valck.Sur.
  • Picea grandis Gordon & Glend.
  • Picea menziesii (Douglas ex D.Don) Carrière
  • Picea menziesii var. crispa (Antoine) Carrière
  • Picea sitchensis f. speciosa Beissn.
  • Pinus menziesii Douglas ex D.Don
  • Pinus menziesii var. crispa Antoine